Əvzai () və ya Əbu Əmr Əbdürrəhman ibn Əmr ibn Yuhmid əl-Əvzai () — Əvzaiyyə məzhəbinin banisi, fiqh və hədis alimi. O, təbəi-tabiin nsəlindən hesab olunur.
Bioqrafiyası 707-ci ildə Bəəlbəkdə anadan olduğu qeyd olunur.
İlk təhsilini burada alıb. Sonra Dəməşqə gedib. Burada əvvəl Nümeyr ibn Əvs əl-Əşariyə, sonra isə Məkhula tələbəlik edib. Həmçinin Qətadə, Əta ibn Əbu Rəbah, Məhəmməd Baqir, Məhəmməd ibn Münkədir və Abdullah ibn Ləhia kimi müəllimlərdən də dərslər alıb. Yəhya ibn Əbu Kəsir, Nafi, Zöhri, İbn Sirin, Rəbia ibn Əbu Əbdürrəhman kimi alimlərdən hədis dinləmişdir.
Malik ibn Ənəs, Şöbə ibn Həccac, Süfyan əs-Səvri, Abdullah ibn əl-Mübarək, Yəhya ibn Said əl-Qəttan, Əbu İshaq əl-Fəzari kimi tanınmış şəxslər də ondan hədis rəvayət ediblər.
Abbasilərin qazılıq təklifini qəbul etməmişdir. Beyruta köçmüş və orada da vəfat etmişdir.
İstinadlar
Kateqoriya:Sünni müsəlman İslam alimləri Kateqoriya:Müsəlman teoloqlar Kateqoriya:Sünnilik Kateqoriya:Tabiinlər Kateqoriya:Müctəhidlər Kateqoriya:VIII əsr ərəbləri Kateqoriya:Beyrut şəxsləri