thumb|Lanqsuyarın Malayziya modeli Lanqsuyar (/ˈlɑːŋsjʊər/), həmçinin Lanq Suir və ya Lanqsuir – Malay arxipelağında, xüsusilə Malay mifologiyasında yer alan qadın vampir ruhu. Bu söz Malay dilində qartal mənasını verən helanq sözündən yaranmışdır.

Təsviri Lanqsuyar, vampir ruh hesab edilir. O, hamiləlik və ya doğuş zamanı ölmüş bir qadının ruhudur. Pontianakdan fərqli olaraq, lanqsuyar ana ruhudur, pontianak isə hələ doğulmamış və ya doğulduqdan dərhal sonra ölən uşağın ruhudur.

Lanqsuyar uzun, qara saçlı və dizlərinə qədər uzanan gözəl bir qadın formasını ala bilər. Bəzi təsvirlərdə isə o, havada uçan qadın başı kimi görünür və bu başdan bağırsaqlar və onurğa sütunu sallanır. Bu baxımdan penanqqalan adlı digər vampir ruhuna bənzəsə də, mahiyyətcə fərqlənir. Lanqsuyarın həmçinin həddindən artıq uzun dırnaqları, ayaqlarına qədər uzanan əlləri və yaşıl xalatı olduğu deyilir. O, insan qanı ilə qidalanır və xüsusilə yeni doğulmuş oğlan uşaqlarının qanını içməyi sevir, lakin qız uşaqlarını da öldürə bilər.

Mənşəyi İngilis antropoloqu Ualter Uilyam Skit Malay magiyası adlı kitabında Selanqor bölgəsində lanqsuyar mifinin belə izah edildiyini qeyd edirSkeat, William Walter (1900). Malay Magic. New York: MacMillan and Co.:

Ənənələr Lanqsuyar müəyyən ağaclarla və parazit qıjı bitkisi olan "sakat" ilə əlaqələndirilir. Malayziyada zəhərli Renqas ağaclarını kəsən odunçuların lanqsuyar və digər ruhlar tərəfindən lənətlənməmək üçün xüsusi ayinlər icra etmələri lazımdır. Lanqsuyar bəzən gecə bayquşu kimi də təsvir edilir və bayquşun ulamasının əslində uşağını axtaran bir qadının fəryadı olduğu söylənilir.

Bir qadının lanqsuyar ruhuna çevrilməsinin qarşısını almaq üçün qəbilə üzvləri onun cəsədinin ağzına şüşə muncuqlar, qoltuq altına toyuq yumurtası, əllərinə isə iynələr qoyurlar. İnanclara görə, bunlar olmadan ölü qadın qışqırıb qanad çala bilər və lanqsuyara çevrilər.

Müasir dövrdə Lanqsuyar 2013-cü ildə Malayziyanın Kelantan ştatının Pasir Puteh bölgəsində sakinlər bir lanqsuyarın şəhəri talan etdiyini iddia etdilər. Gecələr uzun saçlı uçan dəhşətli ruh hədsiz yüksək səslə qəhqəhə çəkdiyi söylənildi. Bu hadisələrin ətraf kəndlərə yayılması bölgədə qorxuya səbəb oldu.

Müxtəlif kəndlərdə narahatlıq yarandıqdan sonra yerli hakimiyyət orqanları sakinləri sakitləşməyə və birgə dua etməyə çağırdı. Daha sonra bir şaman dörd lanqsuyarı tutduğunu iddia etdi. Yerli din xadimləri ruhların varlığını qəbul etsələr də, sehr və cadudan danışmağın dini baxımdan yanlış olduğunu vurğuladılar.

İstinadlar

Kateqoriya:Vampirlər