Antropologiya ( — insan;  — elm) — insan haqqında elmdir. Təbiət elmlərindəndir. İnsanın yaranması və inkişafı, insan irqlərinin yaranması və insanın fiziki quruluşunun normal dəyişmələri haqqında elmdir.Məmmədov Q.Ş. Xəlilov M.Y. Ekoloqların məlumat kitabı. "Elm" nəşriyyatı. Bakı: 2003. 516 s.

Qərbdə bu elmə insanın təbii tarixindən əlavə, həmçinin etnoqrafiya və arxeologiyanı da aid edirlər. İnsanın əmələ gəlməsində ictimai amillər daha çox rol oynadığından antroplogiya humanitar elmlərə də sıx əlaqədardır. Antropologiya insanın morfologiyası, antropogenez və irqşünaslıq kimi əsas bölmələrdən ibarətdir.

Etimologiya Antropologiya yunan sözləri olan "ánthropos" ("insan") və "lógos" ("söz, elm") sözlərindən əmələ gələn düzəltmə sözdür.

XX əsrin əvvəllərinə aid Azərbaycandilli mənbələrdə antropologiya elmi-tərkib-insan (علمی-ترکیب-اینسان) adlandırılmışdır.Султан-Меджид Ганиев, Русско-татарский словарь, Баку, 1909

İnsan morfologiyası İnsan morfologiyası somatologiyaya və merologiyaya bölünür.

Somatologiya Somatologiya insan orqanizmin fərdi dəyişkənliyinin qanuna uyğunluqlarını, rüşeym inkişafının ilk mərhələsindən qocalığa qədər insanın yaş xüsusiyyətlərini, müxtəlif bioloji və sosioloji amillərin insanın bədən qurluşuna təsiri, insanın konstitusiyasını öyrənir.

Merologiya Merologiya insan orqanizminin ayrı-ayrı hissələrinin dəyişkənliyini tədqiq edir. Nəticədə insanın başqa canlılarla qohumluq əlaqələrini və onun canlılar aləmində yeri müəyyən olunur.

Antropogenez Insanin yaranması hələ qədim zamanlardan insanları maraqlandıran əsas məsələlərdəndir. Qədim dövrlərdə insanın yaranmasını dinlə əlaqələndirilir. Antik dövrdə iki nöqteyi-nəzər olmuşdur. 1.Atomistlər - insanın formalaşmasını canlı aləmin son nəticəsi kimi qəbul edirdilər. 2.İdealistlər - insanın mövcudluğunu fövqəltəbii qüvvələrlə bağlayırdılar. İntibah dövründə insanın mövcudluğu ilə bağlı yeni mülahizələr yarandı. 18-ci əsrdə Karl Linney “Təbiətin sistematikası” adlı əsərində insanı primatlar dəstəsinə aid etmişdi. 18-ci əsrin sonu 19-cu əsrin əvvəllərində Jan Batist Lamark təkamül nəzəriyyəsini irəli sürdü.

İrqşünaslıq 1684-cü ildə fransız anatomu Fransua Bernye insanların xarici görünüşündəki fərqləri insan irqi anlayışı ilə ifadə etmişdir.Bernye bu fərqlərin yaranmasını təbii coğrafi şəraitin təsiri ilə əlaqələndirirdi.

İstinadlar

Xarici keçidlər АНТРОПОЛОГИЯ (ru) Mapping Transdisciplinarity in Human Sciences pdf Fundamental Theory of Anthropology ppt

Kateqoriya:Antropologiya Kateqoriya:Elm Kateqoriya:Davranış elmləri