Bakı Şəhər İcra Hakimiyyəti — Bakı şəhərində fəaliyyət göstərən yerli icra hakimiyyəti orqanı.

Tarixi 1870-ci ildə Bakı Şəhər Duması təsis edilmişdir. 1917-18-ci ilədək fəaliyyət göstərmiş, daha sonra isə yerində sırasıyla Bakı Soveti, Bakı İctimai Təhlükəsizlik Komitəsi, Bakı İctimai Təşkilatlar Şurası və Bakı Şəhər İctimai Özünüidarəsi yaradılmışdır. 1939–1977-ci illərdə Bakı Şəhər Zəhmətkeş Deputatları Soveti, 1977–1991-ci illərdə Bakı Şəhər Xalq Deputatları Soveti yaradılmışdır.

1991-ci ildə isə müstəqilliyin əldə olunmasıyla Bakı Şəhər İcra Hakimiyyəti yaradılmışdır.

Rəhbərlik Bakı Şəhər İcra Hakimiyyətinə rəhbərlik Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinə və "Yerli icra hakimiyyətləri haqqında" Əsasnaməyə əsasən Azərbaycan Respublikasının Prezidenti tərəfindən təyin edilmiş Bakı Şəhər İcra Hakimiyyəti Başçısı tərəfindən həyata keçirilir və Bakı Şəhər İcra Hakimiyyəti Başçısı şəhər ərazisi üzrə Prezdentin səlahiyyətli nümayəndəsidir.

Rəhbərlər №AdıBaşlanğıcBitməPartiya mənsubiyyəti1.Rüfət Ağayev11 noyabr 19911992Azərbaycan Kommunist PartiyasıBitərəf2.Ağasəlim Bağırov15 aprel 19924 iyul 19923.Rauf Gülməmmədov4 iyul 19923 iyul 1993Bitərəf4.Rafael Allahverdiyev3 iyul 199316 oktyabr 2000Yeni Azərbaycan Partiyası -Məhəmməd Abbasov16 oktyabr 200030 yanvar 20015.Hacıbala Abutalıbov30 yanvar 200121 aprel 2018Yeni Azərbaycan Partiyası6.Eldar Əzizov15 noyabr 2019Hazırda

Həmçinin bax Bakı Soveti

İstinadlar

Kateqoriya:Bakı Kateqoriya:1991-ci ildə Azərbaycanda yarananlar Kateqoriya:1991-ci ildə yarananlar Kateqoriya:Bakı Şəhər İcra Hakimiyyətinin başçıları Kateqoriya:Bakıdakı binalar və tikililər