Nicola (; Nikora, (kiçik hərflərlə)) — Yaponiyanın "Shinchosha" nəşriyyatı tərəfindən nəşr olunan dəb jurnalı. Oxucu autoriyası yeniyetmə və gənc qızlar olub, orijinallığı, xüsusilə "Nicomo" adlı modelləri ilə ayrıca diqqət çəkir. 1997-ci ildə nəşrə başlamışdır. Yeniyetmə modası, saç-makiyaj və eləcə də həyat tərzi haqqında ətraflı məlumat və təəssürat yaradır. "Nicola" öz sahəsi üzrə ölkədə ən yüksək tiraj və satış sayına görə liderlik edir (hər ay ortalama say-hesabla 231.000 nüsxə).JMPA figures (April - June 2010) . Retrieved 28 August 2010.

Jurnal fotomodellərinə "Nikomo" adını verir. Belə ki, bu ifadə "Nicola" və "model" sözlərinin birləşməsindən meydana gəlib. Nikomolar — dinləmələr yolu ilə seçilən və 12 ilə 16 yaş aralığında olan yeniyetmə qızlardır. Hər il payızda keçirilən bu dinləmələrə Yaponiyanın müxtəlif bölgələrindən olan minlərlə gənc qız qatılır.

Həmçinin bax

Love Berry

İstinadlar

Xarici keçidlər

Kateqoriya:1997-ci ildə Yaponiyada yarananlar Kateqoriya:Yaponiya dəb jurnalları Kateqoriya:Yaponiya aylıq jurnalları