Qara kəkilli bülbül (Rubigula flaviventris) — Ötücü quşların bülbüllər fəsiləsinə aid bir növ. Hindistan yarımqitəsindən Cənub-Şərqi Asiyaya qədər olan ərazilərdə tapılır.
Taksonomiya və sistematika Qara kəkilli bülbül ilk dəfə "Vangidae" cinsində təsvir edilmiş, daha sonra isə "Pycnonotus" cinsinə köçürülmüşdür. Son molekulyar filogenetik tədqiqatlar göstərdi ki, "Pycnonotus" polifiletik bir cinsdir və qara kəkilli bülbül də daxil olmaqla, beş bülbül növü "Rubigula" cinsinə köçürülmüşdür. 2008-ci ilə qədər qara kəkilli bülbül qara başlı, yaqut boğazlı, alov boğazlı və Borneo bülbülləri ilə eyni növ kimi qəbul edilirdi, lakin indi bunlar ayrı-ayrı növlər kimi qiymətləndirilir.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:1833-cü ildə təsvir edilən quşlar Kateqoriya:Rubigula Kateqoriya:Şərqi Hindistan quşları Kateqoriya:Nepal quşları Kateqoriya:Cənubi Çin quşları Kateqoriya:Şimali Hindistan quşları Kateqoriya:Cənub-Şərqi Asiya quşları Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər