Ameonna (, "yağış qadını") — Yaponiyada yağışı çağırdığına inanılan bir yokaydır. Toriyama Sekienin Kondzyaku Hyakki Shuy adlı əsərində, yağışın altında dayanaraq əlini yalayan bir qadın kimi təsvir edilmişdir.
Müasir Yaponiyada "ameonna" (və onun kişi ekvivalenti "ameotoko") davamlı olaraq yağışı öz ardınca gətirdiyi görünən, beləliklə, toy və ya idman tədbirləri kimi xüsusi günləri pozmaqla ad çıxaran uğursuz bir insanı ifadə edir.
Mənşəyi Toriyama Sekienin yokay rəsmlər toplusu olan Kondzaku Hyakki Şuy əsərində "Ameonna" başlıqlı bir təsvir mövcuddur. Açıqlama mətnində belə yazılmışdır: "Çindəki Fuzan (Wu Şan) dağlarında ilahələr səhərlər buluda, axşamlar isə yağışa çevrilir.
Ameonna yəqin ki, bu ilahələrə bənzəyir" (もろこし巫山の神女は 朝には雲となり 夕には雨となるとかや 雨女もかかる類のものなりや). Bu sitat Çu dövrünün ədibi Sonq Yunun Qaotanfu (高唐賦) adlı əsərindəki bir epizoda istinad edir.
Orada Çu hökmdarı Huay yuxusunda Vu Şan dağlarında bir qadınla eşq macərası yaşayır və qadın ayrılarkən belə deyir: "Mən səhər bulud, axşam isə yağış olacağam, gəlin səhər və axşam eyvanda görüşək." Bu ifadə Çin dilində 朝雲暮雨 (Chaoyunmuyu), Yaponca isə Chōunbō kimi yazılır və gizli bir münasibətə işarə edən qədim Çin məsəllərindən biridir.
Buna görə də, Ameonna ilə birbaşa yağışa bağlı olan bir yokay arasında hər hansı bir tarixi əlaqə yoxdur. Bəzi mütəxəssislər hesab edirlər ki, Sekien bu obrazı Edo dövründəki Yoşivara əyləncə məhəlləsini satirik şəkildə təsvir etmək üçün yaradıb.
Bundan başqa, belə bir fikir də mövcuddur ki,yeni doğulmuş övladını yağışlı gündə kamikakuşi (ruhlar tərəfindən qaçırılma) səbəbilə itirən qadınlar Ameonnaya çevrilirlər və sonra ağlayan uşaqların qarşısına içində nəsə gizlənən böyük bir kisə ilə çıxırlar.
Bəzən Ameonna “narahatlıq yaradan, yağış çağıran yokay” kimi tanınır. Lakin davamlı quraqlıq zamanı yağış gətirməklə insanları xilas edən bir “müqəddəs yağış tanrısı” kimi də qəbul edilir.
İnanclar Naqano prefekturasının Şimoin bölgəsində "Ameonba" (雨おんば) adlı sirli bir qadının yağışlı gecələrdə göründüyü deyilir. Onun uşaqları qaçıran bir yokay, ya da yağışlı günlərdə insanlara baş çəkən bir tanrının sonradan yokaya çevrilmiş forması ola biləcəyi irəli sürülür.
İstinadlar
Ədəbiyyat
CSK: Hyakki Yagyō: Ameonna Japanese Wikipedia: Ameonna 日本の妖怪一覧 天降女子:出現に際して小雨を降らす アマゴ:漢字では雨女魚 雨男
Kateqoriya:Yapon mifologiyası Kateqoriya:Qadın mifoloji varlıqlar Kateqoriya:Yağış Kateqoriya:Yokay