Lyusi Eykin (d. 6 noyabr, 1781 – ö. 29 yanvar, 1864) ingilis tarixçi yazıçısı, bioqrafı və müxbiri idi. O, həmçinin Meri Qodolfin kimi təxəllüslərlə də nəşr olunurdu. Ədəbiyyata meyilli ailəsinə şair, esseist və uşaq kitabları yazıçısı olan bibisi Anna Letisiya Barbould da daxil idi.
Gənclik illəri Eykin 1781-ci ildə o vaxtlar Lankaşirə aid olan Varringtonda anadan olub. O, həkim Con Eykin (1747–1822) və onun həyat yoldaşı Marta Cenniqsin(1830-cu ildə vəfat edib) Barbara Brandon Schnorrenberg, Oxford Dictionary of National Biography, 2004 Retrieved 6 November 2018. dördüncü övladı idi. Onların ailəsi tanınmış Unitarianlardan ibarət ədəbi bir ailə idi.
Lusinin atası eyni zamanda tarixçi idi, babası Con Eykin (1713–1780) isə Unitarian alim və ilahiyyat müəllimi kimi Varrinqton Akademiyası ilə yaxından bağlı idi. Bibisi Anna Laetitia Barbauld, tanınmış uşaq yazıçısı idi. Qardaşı Artur Aikin (1773–1854) kimyaçı, mineraloq və elmi yazıçı olmuş, digər qardaşı Çarls Rohemont (1775–1847) Barbauld tərəfindən övladlığa götürülmüş və həkim-kimyaçı olmuşdu. Digər qardaşı, memar Edmund Əykin (1780–1820), memarlıq haqqında təsirli əsərlər yazmışdı.
Lucy Aikin valideynləri ilə birlikdə Böyük Yarmus və Stouk Nyuninqton yaşamışdı. Atası 1822-ci ildə vəfat etdikdən sonra isə Hampsteadə köçmüş və ömrünün qalan hissəsini, Uimbldonda keçirdiyi qısa bir müddət istisna olmaqla, orada yaşamışdı.
O, qısa müddət Yarmutda bir məktəbdə təhsil alsa da, əsasən atası və təhsil sisteminin erkən tənqidçilərindən biri olan bibisindən özəl təhsil almışdır. O, ingilis, fransız, italyan və latın ədəbiyyatı və tarixi üzrə geniş mütaliə etmiş, 17 yaşında jurnallar üçün yazılar nəşr etməyə başlamış və tezliklə atasının əsərlərinin redaktəsində ona kömək etmişdi.
Seçilmiş əsərləri
1801: Poetry for Children: Consisting of Short Pieces to be Committed to Memory 1804: Louis Francois Jauffret’s The Travels of Rolando (translation from French) 1810: Epistles on Women, Exemplifying their Character and Condition in Various Ages and Nations, with Miscellaneous Poems 1811: Juvenile Correspondence or Letters, Designed as Examples of the Epistolary Style, for Children of Both Sexes 1812: Jean Gaspard Hess’s The Life of Ulrich Zwingli (translation from French) 1814: Lorimer, a Tale 1818: Memoirs of the Court of Queen Elizabeth, published in several later editions 1822: Memoirs of the Court of James I. Vol. I; Vol. II 1823: Memoir of John Aikin, MD 1825: The Works of Anna Laetita Barbauld. With a memoir. Vol. I; Vol. II 1827: The Life of Anne Boleyn 1828: An English Lesson Book, for the Junior Classes 1833: Memoirs of the Court of Charles I. Vol. I; Vol. II 1843: The Life of Joseph Addison 1858: The Acts of Life: of Providing Food, of Providing Clothing, of Providing Shelter 1858: Holiday Stories for Young Readers 1864: Memoirs, Miscellanies and Letters of the Late Lucy Aikin1874: Correspondence of William Ellery Channing and Lucy Aikin, from 1826-1842
İstinadlar