Seçim feminizmi () — qadınların seçim azadlığını vurğulayan feminizm ifadələrini təsvir edən tənqidi termin. Bu yanaşma “qeyri-mühakiməedici” olmağa və mümkün qədər çox tərəfdaş cəlb etməyə çalışır, lakin tənqidçiləri bunu feminizmin siyasiləşdirilməsinin qarşısını almaq cəhdi kimi görürlər.

Baxmayaraq ki, seçim feminizmi fərdiyyətçiliyə əsaslanır, o, fərdiyyətçi feminizmdən fərqlənir, çünki məqsədyönlü şəkildə bir hərəkat deyil. Bu anlayış neoliberalizm və postfeminizm ilə əlaqələndirilmişdir.

Mənşəyi Linda Hirşman bu termini ilk dəfə “Getting to Work: A Manifesto for Women of the World” (2006) kitabında istifadə etmişdir. O, evdar qadınların guya sərbəst seçim etdikləri iddiasına qarşı çıxaraq bu anlayışa qarşı olmuşdur. Hirşmanın əsas arqumenti, qadınların karyera arzularından imtina edərək evdə qalmasının cəmiyyətə vurduğu zərərlərə əsaslanırdı.

Seçim feminizmi", orijinal feminist hərəkatın kölgədə qalmış qalıqlarıdır. Bu, qadınlara onların seçimlərinin – məhdudlaşdırılmış seçimlərin belə – yaxşı seçimlər olduğunu deyir.

Cinsiyyət araşdırmaları üzrə tədqiqatçı Mixael Fergunson “Seçim feminizmi və siyasətdən qorxu” adlı məqaləsində bildirir ki, seçim feminizmi feminizmin radikal, istisnaedici və mühakiməedici olması ilə bağlı ittihamlara cavab olaraq meydana gəlmişdir. Bu cərəyan, ənənəvi feminist yanaşmaya alternativ olaraq, bəzən postfeminizmə yaxınlaşaraq onun əksinə çevrilməyə çalışır.

Əsas xüsusiyyətləri Seçim feminizmi bir baxış bucağı kimi üç mühüm xüsusiyyətə malikdir: Azadlığı fərdi seçim etmək qabiliyyəti kimi görür, zorakılığı isə seçim imkanının olmaması ilə izah edir. Nəticə etibarilə, bir qadın hər hansı bir addımı öz seçimi kimi təqdim etdiyi müddətcə, bu, onun azadlığının ifadəsi hesab olunur. Qadınların azadlığını qiymətləndirməyin yeganə meyarı fərdi seçim olduğu üçün, qadınların etdikləri seçimləri mühakimə etməkdən çəkinmək lazımdır. Bu yanaşmaya görə, bir qadın özünün təzyiq altında qalmasını seçə bilməz; etdiyi hər bir seçim azadlığının ifadəsidir və buna görə də bərabər dərəcədə dəstəklənməlidir. Bu azadlıq anlayışı müəyyən bir tarixi narrativə əsaslanır. Seçim feministlərinə görə, keçmişdə qadın hərəkatları sayəsində qadınlar bu gün öz seçimlərini sərbəst şəkildə edə bilirlər.

Ferguson, seçim feminizmində liberal fərdiyyətçiliyin güclü təsirini müəyyən edir. O, Emi Riçards, Cennifer Baumqardner, Naomi Vulf və Rebekka Uoker kimi feministləri seçim feminizminin nümayəndələri kimi qeyd edir.

Həmçinin bax

Liberal feminizm Dodaq boyası feminizmi Postfeminizm Feminizmin üçüncü dalğası Qurban feminizmi

İstinadlar

Kateqoriya:Feminizm Kateqoriya:Feminist terminologiyası