Helen, Cin Anderson () — Amerikalı aşpaz kitabı müəllifi və redaktoru.
Həyatı və fəaliyyəti Anderson Şimali Karolinanın Roli şəhərində anadan olub. Onun atası, doğulduğu vaxt Rolidə yerləşən Şimali Karolina Ştat Universitetində botanika professoru idi, lakin sonradan Çapel Hildəki Şimali Karolina Universitetinə köçdü. Anderson Kornell Universitetində qida və qidalanma üzrə bakalavr dərəcəsi, Kolumbiya Universitetində isə jurnalistika üzrə magistr dərəcəsi almışdı. O, jurnalistikaya bakalavr dərəcəsini əldə etdikdən sonra "Rol tayms" qəzetində başlamış və magistr tələbəsi olarkən "Ledis Houm" jurnalında çalışmağa başlamışdır.
Anderson "Ceyms Bird Jurnalistika Mükafatları"nın təşkilatçılarından biri olmuşWelcome to the James Beard Foundation at www.jamesbeard.org və iki il ərzində həmin komitəyə həmsədrlik etmişdir. O, ən çox Bon Appetit, "Fud ənd Vayn", "Qurme", "Mor", "Trəvel+ Lejə" və digər jurnallardakı məqalələri ilə tanınsa da, "Ledis Houm" jurnalında əvvəlcə köməkçi qida redaktoru, sonra isə baş redaktor vəzifəsində çalışmışdır. Bundan əlavə, "Fəmili Sörkl ənd Daivöjn"Diversion Magazine — For Physicians at Leisure at www.diversionmag.com jurnallarında töhfə verən redaktor, "Riders Daycest" aşpaz kitablarının baş məsləhətçi redaktoru, həmçinin "Nyu-York Nyusdey qəzeti" və "Los Anceles Tayms Sindikatı" üçün qida barədə yazar olmuşdur. Anderson, Ceyms Bird Aşpaz Kitabları şərəf zalının üzvü, "Escoffier Xanımları Cəmiyyəti" və "Nyu-York Qadın Kulinariya Alyansı" təşkilatlarının təsisçi üzvlərindən biri idi.NYWCA at www.nywca.org O, ümumilikdə 30-a yaxın kitab yazmış, sonuncu kitabı 2019-cu ildə nəşr olunmuşdur.
Portuqaliya, onun mətbəxi, şərabları və xalq sənəti üzrə tanınmış mütəxəssis olan Anderson, bu ölkəni 40 il boyunca səyahət etmişdir. Onun "Portuqaliya mətbəxi" adlı kitabıFood of Portugal by Jean Anderson at www.harpercollins.com 1986-cı ildə Tastemaker Awards tərəfindən "Ən yaxşı xarici aşpaz kitabı" seçilmişdir. Andersonun qida, səyahət və ümumi mövzulardakı yazıları müxtəlif mükafatlara layiq görülmüşdür. Bunlar arasında Pulitzer Səyahət TəqaüdüThe Pulitzer Prizes | What's New at www.pulitzer.org, Corc Hedman Səyahətnamə yazarı mükafatı və Portuqaliya hökumətinin iki təltifi də var.
Ölümü Anderson, yetkinlik dövrünün böyük hissəsini Nyu-Yorkda keçirdikdən sonra, 2007-ci ildə yenidən Çapel Hilə köçmüşdür. O, 24 yanvar 2023-cü ildə 93 yaşında öz evində vəfat edib.
Biblioqrafiyası The Art of American Indian Cooking (with Yeffe Kimball). Simon & Schuster: 1965. The Doubleday Cookbook (with Elaine Hanna). Doubleday: 1975. R. T. French Tastemaker Cookbook-of- the-Year as well as Best Basic Cookbook Jean Anderson's Processor Cooking. William Morrow and Company, Inc.: 1979 Half a Can of Tomato Paste & Other Culinary Dilemmas (with Ruth Buchan). Harper & Row, 1980. Seagram/International Association of Culinary Professionals Award, Best Specialty Cookbook of the Year. Jean Anderson Cooks: Her Kitchen Reference & Recipe Collection. William Morrow and Company, Inc.: 1982 Jean Anderson's New Processor Cooking. William Morrow and Company, Inc.: 1983 The New Doubleday Cookbook (with Elaine Hanna). Doubleday: 1985. The Food of Portugal. William Morrow: 1986. Seagram/International Association of Culinary Professionals Award, Best Foreign Cookbook of the Year The New German Cookbook (with Hedy Würz). HarperCollins: 1993 The American Century Cookbook. Clarkson Potter: 1997 The Good Morning America Cut the Calories Cookbook (co-edited with Sara Moulton). Hyperion: 2000 Dinners in a Dish or a Dash. William Morrow: 2000 Process This! New Recipes for the New Generation of Food Processors. William Morrow: 2003. James Beard Best Cookbook, Tools & Techniques Category Quick Loaves. William Morrow: 2005 A Love Affair with Southern Cooking: Recipes and Recollections. Foreword by Sara Moulton. William Morrow: 2007 Falling Off the Bone. John Wiley & Sons: 2010 Kiln to Kitchen: Recipes from Beloved North Carolina Potters. University of North Carolina Press: 2019.
İstinadlar