Qara üzlü munia (Lonchura molucca) — İndoneziya və Şərqi Timorda rast gəlinən bir ispinoz növü. Parklar və bağlar kimi süni landşaftlar, meşə, otlaq və savanna daxil olmaqla geniş yaşayış yerlərində rast gəlinir. İsveçli naturalist Karl Linney tərəfindən 1766-cı ildə "Systema Naturae"nin XII nəşrində ilk dəfə təsvir edilmişdir. IUCN bu quşun statusunu "ən az narahatlıq doğuran" kimi qiymətləndirmişdir.

Taksonomiya

1760-cı ildə Fransız zooloqu Matüren-Jak Brisson Maluku adalarından toplanmış bir nümunə əsasında "Ornithologie" əsərində qara üzlü munianın təsvirini daxil etmişdir. O, fransızca "Le gros-bec de Moluques" və latınca "Coccothraustes Moluccensis" adını istifadə etmişdir. Bölmənin əvvəlindəki iki ulduz (**) Brissonun təsvirini nümunənin tədqiqi əsasında qurduğunu göstərir. Brisson latın adlarını yaratmasına baxmayaraq, bunlar binomial sistemə uyğun deyil və "Beynəlxalq Zooloji Nomenklatura Komissiyası" tərəfindən tanınmır. 1766-cı ildə İsveçli naturalist Karl Linney "Systema Naturae" əsər XII nəşr üçün yenilədikdə, əvvəllər Brisson tərəfindən təsvir edilmiş 240 növü əlavə etdi. Bunlardan biri qara üzlü munia idi. Linney qısa bir təsvir daxil etdi. "Loxia molucca" binomial adını yaratdı və Brissonun əsərinə istinad etdi. "Molucca" xüsusi adı, Molukka adalarını bildirir. Bu cins indi 1832-ci ildə ingilis naturalist Vilyam Henri Sayks tərəfindən təqdim edilən "Lonchura" cinsinə yerləşdirilir.

Həmçinin bax

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış heyvan taksonları Kateqoriya:1766-cı ildə təsvir edilən quşlar