Məhəmməd ibn Məhəmməd ibn Əhməd ibn Abdullah ibn Əbdülməcid ibn İsmayıl ibn Hakim əl-Mərvəzi əl-Bəlxi () və ya Hakimi-Şəhid (; ) — hənəfi məzhəbindəki hədis və fiqh alimlərindən biri, Samani vəziri.
Həyatı Doğum tarixi məlum deyildir. Ləqəbi, "Əbül-Fəzl" olub, "Hakim" ləqəbiylə məşhur olmuşdur. Ona bu ləqəb dövlət məmuru olduğu üçün verilmişdir.
Kiçik yaşalarından yaxşı təhsil alan Hakim, elm öyrənmək üçün Xorasan, Nişabur, Rey, Bağdad, Kufə və daha başqa yerlərə səyahətlər edib və müəlliflik edib. Buxara qazısı və daha sonra Samani əmrinin vəziri olub.
Müəllimləri Hakimi-Şəhid, Mərvdə Məhəmməd ibn Ussam ibn Süheyl, Məhəmməd ibn Həmdəveyh, Reydə İbrahim ibn Yusif, Bağdadda Heysəm ibn Xələf, Kufədə Əli ibn Əbi Abbas Bəcili, Məkkədə Müfəddəl ibn Məhəmməd, Misirdə Əhməd ibn Süleyman əl-Misri, Buxarada Məhəmməd ibn Səid ən-Nəvhabazi və daha başqa alimlərdən elm öyrənib, hədis rəvayət etmişdir.
Tələbələri Samanilərin əmiri Nəsr ibn Əhmədin oğlu I Nuh başda olmaqla, dövrünün bir çox dövlət adamı onun dərs və söhbətlərində iştirak edib.
Ölümü O, 955-ci ildə Rəbiül-axir ayında üsyançılar tərəfindən qətlə yetrilib. Əs-Samani Hakimi-Şəhidin qətlə yetirilməsini belə izah edib:Buna görə də bir digər ləqəbi "Şəhid"dir.
Hədis elmindəki yeri O, sünni hədis mənbələrində "siqa" (möhkəm, etibarlı), "saduq" (rəvayət etdiyi hədislərdə etimad edilən) hesab edilmişdir. Samani isə onun 60 min hədisi əzbər bildiyini demişdir.
Əsərləri İbn Abidin bu haqda deyir:
Onun "Kafi" və "Müntəqa" adlı kitabları, Məhəmməd ibn Həsən əş-Şeybaninin bildirdiyi üsul elmlərini bir yerə cəm edən hənəfilikdə iki məşhur əsərdir. Kitablarından bəziləri bunlardır:
Kitabül-Müxtəsər. Kitabül-Müntəqa. Kitabül-Müstəxlis. Kitabül-Kafi. Kitabüd-Dürər vəl-Qurər.
Həmçinin bax
Hənəfilərin siyahısı
İstinadlar
Kateqoriya:Hənəfilər Kateqoriya:Sünni imamları Kateqoriya:Sünni müsəlman İslam alimləri Kateqoriya:Ravilər