Kiçik Qızılağac körfəzi — Xəzər dənizinin cənub-qərb sahilində, Azərbaycanın Lənkəran rayonu sahillərində yerləşən körfəz.

Hazırda buxta qapalı su hövzəsidir. Kiçik Qızılağac körfəzi 1955-ci ildə Port İlyiç (indiki Liman) şəhəri ilə Sara adası arasında bənd inşa edildikdən sonra yaradılıb. Dənizlə əlaqə üç kanalın tikintisi ilə qorunub saxlanılıb.

Körfəz “Bala Dəniz” də adlanır. Körfəz ərazisində Kiçik Qızılağac Dövlət Təbiət Yasaqlığı yerləşir. Təsviri Kiçik Qızılağac Qızılağac körfəzi və Xəzər dənizindən Sara adası ilə ayrılır, buxtanın yalnız cənub hissəsi dənizlə birləşir. Şimalda qurumuş Xurşud-çala (Salyan düzü), qərbdən Muğan düzü ilə həmsərhəddir.

Kiçik Qızılağac Qumbaşı və Vilyaşçay çaylarından az miqdarda su axını alır. Xəzər dənizində suyun səviyyəsinin dəyişməsi ilə əlaqədar olaraq Kiçik Qızılağacın ölçüsü vaxtaşırı kiçilir və artır.

1955-ci ildə Port İlyiç (indiki Liman) şəhəri ilə Sara adası arasında bənd inşa edildikdən sonra buxta qapalı su hövzəsinə çevrildi. Dənizlə əlaqə üç kanalın tikintisi ilə qorunub saxlanılıb.

Buxtada balıq yetişdirilir. Buxtanın şimal-şərq hissəsi Qızılağac Dövlət Təbiət Qoruğunun tərkibinə daxildir.

İstinadlar

Xarici keçidlər İnstitut: Qızılağac körfəzinin ekoloji vəziyyəti pisləşib, sahil zonaları tullantılarla çirkləndirilib

Kateqoriya:Azərbaycan körfəzləri Kateqoriya:Xəzər dənizi körfəzləri Kateqoriya:Asiya körfəzləri