David Geffen zalı — Nyu-York şəhərində Manhettendə, Yuxarı Vest-Saydda, Linkoln Mərkəzində yerləşən konsert zalı. Otuz qapalı və açıq obyektə malikdir və ildə 5 milyon ziyarətçiyə ev sahibliyi edir.

Tarixi David Geffen zalı Nyu-York şəhərindəki sənət mədəniyyətinin əsas mərkəzlərindən biri hesab edilir. David Geffen zalı (əvvəllər Philharmonic Zalı) 1962-ci ildə açılıb. 2200 oturacaq yerinə var. O, Nyu-York Filarmoniyasının ev sahibidir. İlk olaraq Filarmonik hol adıyla tanınan zal 1973-cü ildə xeyriyyəçi Everi Fişerin orkestrə 10.5 milyon dollar (bugünkü dəyəri ilə 72 milyon dollar) ianə etməsi səbəbilə Everi Fişer zalı adlandırılmışdır. Lakin 2014-cü ildə Linkoln Mərkəzinin rəhbərliyi zalın adından Fişerin adını çıxarmağa və bu hüququ ən yüksək təklif verənə satmağa qərar verdilər. 2015-ci ildə Devid Qeffen zalın təmirinə 100 milyon dollar bağışladıqdan sonra zalın adı Devid Qeffen zalı olaraq dəyişdirildi. Zal xüsusilə akustika ilə bağlı problemləri həll etmək məqsədilə bir neçə dəfə təmir edilmişdir.

İstinadlar

Xarici keçidlər