Hayke B. Görtemaker (d.1964, Benshayme, Hessen, Qərbi Almaniya) — alman tarixçi, daha çox İkinci Dünya müharibəsindən sonrakı dövr alman jurnalisti və yazıçısı Marqret Boveri və Adolf Hitlerin həyat yoldaşı Eva Braunun bioqrafiyasının müəllifi kimi tanınmış tədqiqatçı.

Həyatı Görtemaker İndiana ştatının Bluminqton şəhərindəki İndiana Universitetində (ABŞ) tarix, iqtisadiyyat və alman filologiyası üzrə təhsil alıb və 2004-cü ildə Marqret Boveri haqqında dissertasiya işi üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. (Marqret Boveri: Nasist diktaturasından Federativ Respublikaya qədər transformasiya prosesində jurnalistika və siyasət). Berlində tarixçi və yazıçı kimi fəaliyyət göstərir. O, "Alman həyatı. Marqaret Boverinin tarixi" (2005), "Eva Braun. Hitler ilə həyat" (2010) və "Hitlerin məhkəməsi" əsəri də daxil olmaqla 130-dan çox müxtəlif nəşriyyat tərəfindən nəşr edilmiş, 13 dilə tərcümə edilmiş, təxminən 2600 kitabxana fondunda qorunub saxlanılan 30 əsərin müəllifidir. Die Zeit jurnalında qeyd edilrdi ki, Hayek Görtemaker "rejimin fürerbunkerlə Berqhof arasındakı xaoslu son günlərini ustalıqla" təsvir edir.

Münhendə C. H. Bek nəşriyyatı tərəfindən çap edilmiş kitabı — "Eva Braunː Hitler ilə həyat" Braunun ilk elmi bioqrafiyası olaraq dünyanın 11 dilinə tərcümə edilib. Der Spegelin məlumatına əsasən, ciddi akademik yanaşma ilə Görtemaker oxucuları əyləndirən çoxlu lətifələrdən əsərini arındıra bilmişdir. Görtemaker Potsdam-Mittelmark rayonunda, Berlindən bir qədər aralıda yerləşən Klaynmahnovda yaşayır. Alman tarixçi, Potsdam Universitetinin keçmiş vitse-kansleri Manfred Görtemakerlə ailəlidir.

Filmoqrafiyası Hayke B. Görtemaker aşağıdakı filmlərin ərsəyə gəlməsində iştirak edibː

2010: History, TV series, episode: Eva Hitler – Die wahre Geschichte 2011: Geheimnisse des Dritten Reichs, TV sənədli filmi 2012: Alltag unterm Hakenkreuz, TV sənədli filmi 2012: History, TV series, episode: Hitler, wie ich ihn sah – Die Fotografen des Diktators 2021: Wie kam Hitler an die Macht? 2-part TV sənədli filmi 2022: Rise of the Nazis, TV sənədli filmi

Əsərləri (seçmə) Ein deutsches Leben. Die Geschichte der Margret Boveri, 1900–1975. Beck, Munich 2005, ISBN 3-406-52873-2. Margret Boveri : Journalismus und Politik im Transformationsprozeß von der NS-Diktatur zur Bundesrepublik doctoral thesis, Free University, Berlin 2004 Eva Braun. Leben mit Hitler. (in German) Beck, München 2010, ISBN 978-3-406-58514-2. Eva Braun : Life with Hitler. (transl. Damion Searls) Vintage Books, New York 2011. ISBN 978-0307595829 Hitlers Hofstaat. Der innere Kreis im Dritten Reich und danach. (in German) Beck, Munich 2019, ISBN 978-3-406-73527-1. Hitler's Court: The Inner Circle of The Third Reich and After. Pen & Sword Military Ltd, Barnsley 2021, ISBN 9781526790705. Die Tafeln als potentielles Arbeitsfeld der Sozialpädagogik. Rhombos, Berlin 2010, ISBN 978-3-941216-19-8. Hitler, wie ich ihn sah — Die Fotografen des Diktators (Hitler, how I saw him — Photographs of a Dictator). DVD. 3sat, Mainz 2012.

İstinadlar Kateqoriya:Bioqrafiya (janr) Kateqoriya:Almaniya tarixçiləri