Azərbaycan Əvəzedicilər Liqası — Azərbaycan klublarının ehtiyat və gənc futbolçularının iştirak etdiyi turnir. Bu liqa, əsasən əsas komandaların potensial oyunçularının oyun təcrübəsi qazanması və inkişafı üçün təşkil olunur.

Tarixi 2024/25 mövsümündə Əvəzedicilər Liqasının finalına "Sabah-2" və "Neftçi-2" komandasıları yüksəlib. Matç 2:2 hesablı heç-heçə ilə yekunlaşıb. "Sabah-2" mövsümün turnir cədvəlində "Neftçi-2" ilə eyni xalı bölüşsə də, qələbə qazandığı oyun sayı ilə rəqibini üstələyərək Əvəzedicilər Liqasının 2024/25 mövsümünün çempionu olub. Turnir cədvəlində 3-cü "Turan Tovuz-2" komandası, mövsümü sonuncu olaraq yekunlaşdıran komanda isə "Şamaxı-2" olub.

Komandalar

Turan Tovuz-2 Neftçi-2 Sabah-2 Sumqayıt-2 Zirə-2 Araz-Naxçıvan-2 Qarabağ-2 Kəpəz-2 Şamaxı-2 Səbail-2

İstinadlar

Kateqoriya:Azərbaycanda futbol liqaları