Hvan İn-ho (; Koreya dilində tələffüzü: ), həmçinin Front Man () — "Netflix" seriyalı "Kalmar oyunu"nun əsas antaqonist personajı. O, Kalmar oyunu iyerarxiyasının lideridir. Ciddi borcları olan adamları oyuna cəlb edərək onlar arasında 45,6 milyard ₩ dəyərində pul mükafatı üçün rəqabət başladır və oyunu idarə edir. Onun kimi polis olan Hvan Cun-ho adında ögey bir qardaşı var və qardaşı ilk mövsümdə İn-ho yoxa çıxdığında onu axtarmaq üçün oyunlara sızmışdır. Birinci mövsümdə "Front Man"in əsasən oyunlara nəzarət etdiyi və oyunları təşkil etdiyi göstərilir. Ancaq ikinci mövsümdə oyunçu libasına bürünərək Oyunçu 001 kimi oyuna girir və "Oh Yon-il" saxta adından istifadə edərək Ki-hanın planlarını pozmağa çalışır.
Personaj Hvan Don-hyok tərəfindən yaradılmış və tərəfindən canlandırılmışdır. Personajın ingiliscə səsləndirməsini Tom Çoy etmişdir.
İstinadlar
Kateqoriya:Uydurma kütləvi qatillər Kateqoriya:Uydurma polis işçiləri Kateqoriya:Kalmar oyununun personajları