thumb|Futszyanda youşen Youşen ( - dolaşan tanrılar, , ,妈祖爱喝奶茶,神明包场看电影……民俗学者谈“游神”文化 Çaoşan bölgəsində isə ) — Çin xalq dinidə tanrı paradı ənənəsi. O, Çin ənənəvi bayramlar üçün tətbiq olunur. Özəlliklə məbəd festivalları (),地方神庙、信仰空间与社会文化变迁——以临清碧霞元君庙宇碑刻为中心。周嘉 tanrıların ad günləri və ay təqvimi ilə yeni il bayramı zamanı müxtəlif yerlərdə paradlar olur. Bəzi yerlərdə isə paradlar üçün xüsusi günlər ayrılıb. Məsələn, Şanxayda yerli youşen oktyabrın 1-də keçirilir. thumb|Tayvanda youşen Öncə tanrılar parada dəvət olunur. Dəvət xüsusi ritual () yolu ilə tətbiq oluna bilər. Tanrını aparmaq üçün nəzərdə tutulan iki növ kəcavə olur: stul formasında olan kəcavə və yuxarıda dam örtüyü olan kəcavə.Bidang Litbang PTITD/Matrisia Jawa Tengah. 2007. Pengetahuan Umum tentang Tridharma. Semarang: Penerbit Benih Bersemi. Parad zamanı buxurlar, atəşfəşanlar və barabanlar işlədilir, rəqslər (şir rəqsi, əjdaha rəqsi, yingge rəqsi və s.) ifa olunur. Paradın sonunda isə tanrı öz yerinə qaytarılır.

Onu əsasən materik Çininin cənubunda, Tayvanda, Honkonqda və Cənub-Şərqi Asiya ölkələrində müşahidə etmək olar. Tayvana bu ənənə Sin sülaləsi (1644–1911) dövründə yayılmışdı. Dünya ətrafında Çin diasporasının olduğu yerlərdə də youşen təşkil olunur. Tayvan və Sinqapur kimi yerlərə bu ənənə Futszyan bölgəsindən gəlib.

Adətən, bu paradlar bir və ya bir neçə yerli qəbilənin ağsaqqalar şurası tərəfindən təşkil olunur. Təşkil olunan yürüşün müəyyən ardıcıllığı olur. Məsələn, yürüşün başçısının, musiqiçilərin və s. iştirakçılarının yürüşdəki yerləri ənənəyə aslı ola bilər. Bəzən bu ardıcıllıq cəmiyyətdəki münasibətləri əks etdirə bilər. Məsələn, yürüşü bir neçə kənd birgə təşkil edəndə, yaxşı münasibətləri olan kəndlər hər hansı ardıcıllığa qarşı etiraz etmir. Lakin, bəzən kəndlərin münasibətləri mənfi olanda, onlar yürüşün ardıcıllığını və ya onun marşrutunu bəhanə kimi istifadə edərək iştirakdan imtina edə bilər.

Bu paradlarda üç əsas Çin dinlərinin (Konfusiçilik, Daosizm, Buddizm) ünsürlərini müşahidə etmək olar. Yürüşün özü və onun zamanı tətbiq olunan rituallar bölgədən bölgəyə fərqlənir. Ənənəvi inanca görə, parad zamanı tanrılardan nemət, şər ruhlardan və təbii fəlakətlərdən müdafiə əldə etmək olar.

Həmçinin bax

Şinko şiki

İstinadlar

Kateqoriya:Çində din Kateqoriya:Paradlar Kateqoriya:Çin dilində sözlər və ifadələr