Xarkov () — Xarkov vilayətinin inzibati mərkəzi olan Ukraynanın şərq hissəsindəki ən böyük şəhərdir. Əhalinin sayına görə Xarkov Kiyevdən sonra Ukraynada ikinci yeri tutur. Vaxtilə şəhər Moskva və Leninqraddan sonra SSRİ-nin üçüncü ölçü üzrə sənaye, elmi və nəqliyyat mərkəzi idi.

Tarixi Xarkov təxminən 1654-cü ildə qədim rus şəhəri olan Xarkovun yerində yaradılmışdır. 1918-ci ilin fevral-mayında Xarkov Donetsko-Krivorojski Respublikasının paytaxtı rolunu oynayırdı, 1918-ci ilin mart-aprelində Ukrayna Sovet Sosialist Respublikasının paytaxtı olmuşdur, 1919-cu ilin martda — iyununda və 1919-cu ilin dekabrından 1934-cü ilin iyununa qədər Ukrayna SSR-ının paytaxtı olmuşdur.

Nəqliyyat Müasir Xarkov ölkənin ən böyük nəqliyyat qovşaqlarından biri hesab edilir. Onun içərisindən dəmir və şose yolları keçir, həmçinin beynəlxalq aeroport var. Şəhərin özündə küçə ictimai nəqliyyatının şöbələrə ayrılmış şəbəkəsi fəaliyyət göstərir: marşrut taksiləri, avtobuslar, trolleybuslar, tramvaylar. 1975-ci ildən Xarkovda 3 xətdən ibarət olan və şəhərin 9 inzibati ərazisini birləşdirən metropoliten işləyir.

Təhsil Hazırda Xarkovda müxtəlif mülkiyyət formalarının və akkreditasiyanın səviyyələrinin 69 ali məktəbi mütəxəssisləri hazırlayırlar. Onların arasında 17 universitet və 9 akademiya var.

Xarkovun bir çox ali təhsil müəssisələri, məsələn, XAİ (aviasiya), MTU "XPİ" (politexnik), XAYİ (avtoyol) kimi, yalnız Ukraynada yox, həmçinin onun hüdudları xaricində məşhurdurlar. Xarkovun ali məktəbləri ən müxtəlif ixtisaslaşmalara malikdir: texniki, aqrar, hərbi, tibbi, iqtisadi. Xarkovun ali təhsil müəssisələrində 200 mindən çox tələbə oxuyur, və onlardan arasında təxminən 12 mini xarici tələbələrdir.

Həmçinin şəhərdə 142 elmi tədqiqat institutu, 16 muzey, şəhər şəkil qalereyası, 6 dövlət teatrı və 80 kitabxana işləyirlər.

Əhalisi Xarkovun 65%-dən çox sakini rus dilini öz ana dili hesab edirlər.

Xarkovun diqqətəlayiq yerlərinin arasında xarkovlular özləri azadlıq meydanını adlandırırlar, hansı ki, şəhərin mərkəzi sahəsidir; Xarkov planetarisi; hələ Rusiya imperiyası dövründə açılmış Xarkov heyvanat parkı; MDB-da ən böyük olan Xarkov delfinariumu, həmçinin şəhərin əsas Metallist stadionu, hansında ki, eyni adlı yerli futbol klubu öz oyunlarını keçirir. Xarkov şəhərinin əhalisini təxminən 1,5 milyon daimi sakin təşkil edir. Şəhərdə cəmi 111 millətin nümayəndələri yaşayırlar.

Qardaş şəhərlər Belqorod, Rusiya Bolonya, İtaliya Brno, Çexiya Varna, Bolqarıstan Varşava, Polşa Qaziantep, Türkiyə Dauqavpils, Latviya Kaunas, Litva Kutaisi, Gürcüstan Lill, Fransa Moskva, Rusiya Nijni Novqorod, Rusiya Novosibirsk, Rusiya Nürnberq, Almaniya Poznan, Polşa Rişon Le-Zion, İsrail Sankt Peterburq, Rusiya Tyantszin, Çin Çetinye, Monteneqro Çzinan, Çin Sinsinnati, ABŞ

Həmçinin bax Ukrayna şəhərləri Xarkov vilayəti Xarkov Tarix Muzeyi

İstinadlar

Xarici keçidlər Xarkov şəhərinin rəsmi veb-saytı Xarkov. Tarixi və arxitekturası Харьков, учебный фильм

Kateqoriya:Xarkov Kateqoriya:Ukrayna şəhərləri Kateqoriya:Ukraynanın qəhrəman şəhərləri Kateqoriya:SSRİ tarixi