Dubay körfəzi (ərəb. خُوْر دُبَيّ) — Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində təbii su dərəsi. O, Fars körfəzindən Dubay əmirliyinə qədər 14 km. qədər uzanır və Dubay şəhərini iki yerə bölür: qərbdə Bur Dubay və Şərqdə Deira. Fars körfəzi ilə qovuşduğu yerdə eni 115 m, son hissəsində isə təxminən 1400 m-ir.
Dubay körfəzi ticarət və nəqliyyat üçün təbii liman kimi istifadə edilir.
Tarixi
Tarixən körfəz şəhəri iki əsas hissəyə bölürdü - Deyra və Bur Dubay. Məhz Bur Dubay körfəzi ərazisi boyunca Bəni-Yas qəbiləsinin üzvləri ilk dəfə XIX-cu əsrdə məskunlaşaraq şəhərdə Əl-Məktum sülaləsini qurdular.Dubai. T. Carter, L Dunston. Lonely Planet. 2006
XX-ci əsrin əvvəllərində körfəz, o zaman böyük miqyaslı nəqliyyatı dəstəkləmək iqtidarında olmasa da, Hindistan və ya Şərqi Afrika kimi uzaqlardan gələn gəmilər üçün kiçik bir liman rolunu oynayırdı. Axar su gəmilərin girməsinə mane olsa da, şəhərin yeganə limanı kimi Dubayın ticarət mövqeyinin qurulmasında mühüm rol oynayırdı.Doing Business with the United Arab Emirates. Terterov, Marat. GMB Publishing Ltd. 2006
Dubay şəhərinin iqtisadiyyatının əsas sektorunu təşkil edən mirvari sənayesi, 1930-cu illərdə süni şəkildə yetişdirilmış mirvarilərin ixtirasına qədər, əsasən körfəzdəki ekspedisiyalar üzərində qurulmuşdu. O dövrdə əhəmiyyətli bir sənaye olan balıqçılıq da ən çox burada inkişaf etmişdir. Balıq tutmaq üçün istifadə edilən gəmilər körfəzin sahillərində tikilirdi. (47.0 KB). Department of Tourism and Commerce Marketing. Government of Dubai
Dubay körfəzi Dubay şəhərinin yaranmasında əsas rol oynamışdır. Məhz onun sahillərində şəhərin ilk binaları tikilmişdir. Əvvəlcə bunlar balıqçıların və mirvari çıxardanların daxmaları idi, lakin bölgənin strateji əhəmiyyətinin artması ilə burada ticarət evləri və gəmiçilik şirkətləri yarandı. Körfəz əlverişli təbii liman və dəniz limanı kimi getdikcə daha mühüm rol oynayırdı.
1970-ci illərdə Dubay körfəzi dərinləşdirildi ki, böyük tutumlu gəmilər də ondan istifadə edə bilsin. Hazırda onun liman kimi rolu əhəmiyyətli dərəcədə azalıb.
2000-ci illər
2007-ci ildə Dubay körfəzi limanı kimi tanınan yeddi adadan ibarət yeni layihənin Dubay körfəzinin sahilində tikilməsi təklif edilib. Bu layihənin mərkəzi hissəsi dünyanın ən hündür binası olacaq Dubai Creek Tower olacaq. Dubay körfəzi ərazisində üç əlavə körpünün tikilməsi də planlaşdırılır.
Dubay körfəzində yerləşən Dubai Festival City Mall 2007-ci ildə açılıb. Mohammed Bin Rəşid Kitabxanası körfəzə yaxın tikilir. Dubay metrosunun yaşıl xətti Dubai Creek metro stansiyasında bitir. Bu metro stansiyasının yaxınlığında Əl Cəddaf Dəniz stansiyası yerləşir, dərə üzərində bərələr işləyir.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Birləşmiş Ərəb Əmirlikləri Kateqoriya:Dubay Kateqoriya:Əlifba sırasına görə körfəzlər Kateqoriya:BƏƏ-də nəqliyyat Kateqoriya:Hind okeanının körfəzləri Kateqoriya:Asiya körfəzləri