Mənuçöhr ibn Şavur (1072-1118) — Şəddadilər sülaləsi tərəfindən idarə edilən Ani əmirliyinin (1072-1199) banisi.

Hakimiyyəti thumb|Anidə Mənuçöhr məscidi|220x220px Mənuçöhr ibn Şavur Şəddadilər sülaləsinin X-XII əsrlərdə məlum 3 əmirliyindən - Dvin əmirliyi (951-1130), Gəncə əmirliyi (971-1065) və Ani əmirliyi (1072-1199) - biri olan Ani əmirliyinin banisi olmuşdur. O 1072-ci ildən 1118-ci ilə qədər bu əmirliyi mərkəzi Ani şəhəri olmaqla idarə etmişdir.

Mənuçöhr ibn Şavur Səlcuq sultanı Məlikşahın hakimiyyəti altında - ondan asılı bir hakim kimi idarəçiliyə başlamışdır. "Tarix-e Bab əl-əbvab" adlı mənbəyə görə Şəddadi Fəzlun Ani şəhərini Alp Arslandan alaraq nəvəsi Mənuçöhr ibn Əbüləsvara (Şavura) vermişdir. Bu Fəzlunun I və ya II olması bəlli deyil. Mənuçöhr ibn Şavur Səlcuq sultanı Məlikşahın hakimiyyəti altında - ondan asılı bir hakim kimi idarəçiliyə başlamışdır. Onun hakimiyyəti dövründə Ani əmirliyi aclığa və Səlcuqlar dövlətinin hərbi təzyiqinə məruz qalmışdı. 1103-cü ildə Səlcuqlu sultanı Məhəmməd Börküyarıq tərəfindən məğlub ediləndən sonra Aniyə sığınmışdır. Mənuçöhrün qardaşı da Səlcuqların Aniyə yürüşləri zamanı həlak olmuşdur. Peacock, Andrew (2011). "Shaddadids". Encyclopædia Iranica Online. Retrieved 18 June 2015. Quruculuq işləri Onun hakimiyyəti dövründə Anidə bir sıra tikililər - məscidlər, istehkamlar, geniş hamamlar və karvansaraylar inşa edilmişdir. O şair Əsədi Tusini himayə etmişdir. Mənuçöhr ibn Şavurdan sonra Ani əmirliyini Əlbüləsvar Şavur ibn Mənuçöhr idarə etmişdir.

Həmçinin bax

Şəddadilər Mərziban ibn Məhəmməd (978-985) Fəzl bin Məhəmməd (985-1031) Əbülfəth Musa (1031-1034) II Əli Ləşkəri (1034-1049) Ənuşirvan ibn Ləşkəri (1049)

thumb|138x138px|Mənuçöhr ibn Şavurun adına zərb edilmiş gümüş dirhəm.

Xarici keçidlər

Dirham - Manuchihr ibn Shawur I - Emirate of Ani – Numista

İstinadlar