Faiq Əbdül oğlu Rəcəbov (tam adı:Rəcəbov Faiq Əbdül oğlu, ) — Azərbaycan Respublikasının bədən tərbiyəsi və idman xadimi
Həyatı və fəaliyyəti Faiq Əbdül oğlu Rəcəbov 1933-cü il fevralın 19-da Bakı şəhərində anadan olub. Artıq erkən yaşlarında gimnastikada uğur qazanmağa başlayıb. O, yeniyetmələr arasında Bakı və Azərbaycan birinciliklərinin, o cümlədən tələbələr arasında keçirilən spartakiadaların çempionu olub. İdman gimnastikası üzrə SSRİ idman ustası olan idmançı Azərbaycanın yığma komandasının üzvü kimi, SSRİ çempionatlarının, SSRİ xalqlarının spartakiadasının iştirakçısı olub. Uzun illər ictimai işlərdə də çalışıb. 1980–1990-cı illərdə Azərbaycan Gimnastikası Federasiyasının prezidenti, 1994–1997-ci illərdə Azərbaycanın Milli Olimpiya Komitəsinin baş katibi və Avropa Komitəsinin Texniki Komissiyasının üzvü olub.
Ailəsi Faiq Rəcəbov Azərbaycanın və dünyanın tanınmış şahmatçısı, üçqat Avropa çempionu, Dünya Kubokunun qalibi Teymur Rəcəbovun babasıdır.
Ölümü 2025-ci il yanvarın 3-də vəfat edib.
Təltifləri 2022-ci ildə bədən tərbiyəsi və idmanın inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikasının Bədən Tərbiyəsi və İdman xadimi fəxri adı ilə təltif edilib.
İstinadlar
Xarici keçidlər Faiq Əbdül oğlu Rəcəbov Azərbaycan Gimnastika Federasiyasının sabiq prezidenti vəfat edib
Kateqoriya:Azərbaycan Respublikasının əməkdar bədən tərbiyəsi və idman xadimləri Kateqoriya:Azərbaycan gimnastları Kateqoriya:SSRİ idman ustaları