right|250px|thumb|İncəsənət müsabiqələrinin keçirildiyi Delfi amfiteatrı.

Pifiya oyunları () — Olimpiyadadan sonra ikinci yeri tutan və dörd ildən bir Delfidə keçirilən dörd ümumellin aqondan biri. Onlar ilan Pifonun qalibi kimi Apollonun şərəfinə keçirilirdi.

Tarixi Rəqabət prinsipi qədim Yunanıstan cəmiyyətində böyük rol oynayırdı və yunanların bir çox fəaliyyət sahələrinə – siyasətə, ticarətə, idmana, incəsənətə və dinə nüfuz etmişdir. Ellinlərin milli özünüdərkini gücləndirməyə kömək edən aqonlarxüsusi əhəmiyyət kəsb edirdi. Barbarlara ümumellin oyunlarında iştirak etmək qəti qadağan edilmişdi.

Pifiya oyunları günəş işığı, harmoniya tanrısı, incəsənətin və muzaların hamisi Zevsin vəsiyyətini insanlara elan edən Apollonun şərəfinə keçirilirdi. Miflərə görə, bu oyunları Apollonun özü Pifon əjdahası üzərində qələbəsi şərəfinə təsis etmişdir. Qələbədən sonra Apollonun adına "Pifiya" epiteti əlavə edilmiş və onun Delfidəki məbədinin kahini Pifiya adını almışdır.

İstinadlar

Kateqoriya:Delfi Kateqoriya:Apollon Kateqoriya:Qədim Yunanıstan mədəniyyəti