İman bint Hüseyn (; ) — III İordaniya kralı I Hüseynin qızlarından biri.

1983-cü ildə Ammanda dünyaya gəldi. Atası İordaniya kralı I Hüseyn, anası isə onun dördüncü xanımı kraliça Nur əl-Hüseyndir. İlk təhsilini Ammanda aldıqdan sonra ABŞ-a göndərildi. 1999-cu ildə atası vəfat etdi və ögey böyük qardaşı II Abdullah taxta çıxdı.

Ardından 2002-ci ildə İordaniyadakı hərbi akademiyaya daxil oldu. Ertəsi il burdakı təhsilini tamamladı və Vaşinqtona yollandı. Burada Amerikan Universitetində təhsilini davam etdirdi və 2007-ci ildə sosiologiya üzrə məzun oldu.

Ailəsi 20 dekabr 2012-ci ildə biznesmen Zeyd Əzmi Mirzəylə nişanlandı. Cütlüyün toy mərasimi 22 mart 2013-cü ildə baş tutdu. Bu nigahdan bir oğlu dünyaya gəlsə də, cütlük 2017-ci ildə boşandı.

Ömər Əzmi Mirzə (7 oktyabr 2014-)

İstinadlar