Zeynəl-şərəf bint Cəmil (; ) — İordaniya kralı I Təlalın xanımı, II İordaniya kraliçası.

Həyatı 1916-cı ildə İsgəndəriyyədə doğuldu. Atası Hicaz kralı Şərif Hüseynin qardaşı oğlu Şərif Cəmil ibn Nasir, anası isə sədrəzəm Kamil Paşanın soyundan Vicdan Şakir Paşadır. 27 noyabr 1934-cü ildə bibisi oğlu olan İordaniya taxtının vəliəhdi Təlal ibn Abdullahla evləndirildi. Cütlüyün bu nigahdan 4 övladı dünyaya gəldi.

I Hüseyn Məhəmməd ibn Təlal (2 oktyabr 1940 - 29 aprel 2021) Həsən ibn Təlal (20 mart 1947-) Bəsmə bint Təlal (11 may 1951-)

1944-cü ildə İordaniyadakı ilk qadın xeyriyyə cəmiyyətini təsis etdi. 1948-ci ildə başlaya Ərəb-İsrail müharibəsi səbəbilə ölkəyə gələn fələstinli mühacirlərə yardım məqsədilə bir çox xeyriyyə cəmiyyətlərinə dəstək verdi. Ölkədəki qadın hüquqlarının müdafiəsi üzrə alınan tədbirlərdə mühüm rol oynadı. Ərinin 1951-ci ildə taxta çıxmasıyla İordaniya kraliçası oldu. 1952-ci il konstitusiyasının müzakirələrində iştirak etdi.

Ancaq ərinin psixoloji problemləri vardı və cəmi 1 ildən sonra şizofreniya diaqnozu ilə taxtdan endirildi. Əri I Təlal dərhal İstanbuldakı sanatoriyalardan birinə qapadıldı və ömrünün sonuna qədər burada qaldı.

1994-cü ildə İsveçrənin Lozanna şəhərində vəfat etdi. Cənazəsi ertəsi gün Ammana gətirilərək dəfn olundu.

Mənbə

Rana Husseini (2021). Years of Struggle – The Women’s Movement in Jordan. Amman: Friedrich-Ebert-Stiftung. p. 19. ISBN 978-9923-759-33-2 "Senarai Penuh Penerima Darjah Kebesaran, Bintang dan Pingat Persekutuan Tahun 1965"