Qulay — İndoneziya, Malayziya və Sinqapurda geniş yayılmış Minanqkabau mətbəxinə aid ədviyyatlı və zəngin yemək. Bu yeməyin əsas tərkibinə adətən toyuq, keçi əti, mal əti, qoyun əti, daxili orqanlar, balıq və dəniz məhsulları, eləcə də kassava yarpaqları, yetişməmiş çörək meyvəsi (cekfrut) və banan gövdəsi kimi tərəvəzlər daxildir.
Qulay, tez-tez İndoneziya körisi olaraq da adlandırılır. Tərkibi Qulay sousları zəngin ədviyyatların istifadəsi ilə tanınır və sarıkökün əlavə edilməsi sayəsində qalın konsistensiyaya və sarımtıl rəngə malik olur. Qulay sousunun tərkibinə sarıkök, keşniş, qara bibər, qalanqal, zəncəfil, acı bibər, soğan, sarımsaq, şüyüd, limon otu, darçın və kəklik toxumu kimi zəngin ədviyyatlar daxildir. Bu ədviyyatlar əzilib pasta halına gətirilir və əsas inqrediyentlərlə birlikdə kokos südündə bişirilir. Malayziyada isə qravini (sousu) qatılaşdırmaq üçün kerisik də əlavə olunur. İstinadlar
Kateqoriya:İndoneziya mətbəxi Kateqoriya:Malayziya mətbəxi