Kamal Nəsir oğlu Soltanov () — azərbaycanlı riyaziyyatçı alim, riyaziyyat elmləri doktoru, professor. Azərbaycan Milli Elmlər Akademiyasının üzvü. 2006-cı ildə "Who`s who", 2025-ci ildə isə "Who`s who in Science" kitablarına daxil edilib.
Həyatı Kamal Soltanov 19 mart 1949-cu ildə Kürdəmirdə anadan olmuşdur. 1966-cı ildə Göyçay şəhər 1 saylı onbirillik məktəbi bitirib. 1966–1971-ci illərdə Bakı Dövlət Universitetində təhsil almışdır. Universiteti bitirdikdən sonra Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunda fəaliyyətə başlamışdır. 1972-ci ildə Moskva Dövlət Energetika İnstitutunun aspiranturasına qəbul olmuş və 1975-ci ildə aspiranturanı uğurla başa vuraraq Azərbaycana qayıtmışdır. Daha sonra elmi fəaliyyətini Riyaziyyat və Mexanika İnstitutunda davam etdirmiş, namizədlik və doktorluq dissertasiyalarını müdafiə etmişdir.
Elmi fəaliyyəti Kamal Soltanov 120-dən çox elmi məqalənin müəllifidir. 1972-ci ilin noyabr ayında Moskva Dövlət Energetika İnstitutunun (MEİ) aspiranturasına daxil olub. 1971-ci ildə aspirantura səviyyəsini bitirib, Azərbaycan EA-nın Riyaziyyat və Mexanika İnstitutuna qayıdıb.1976-cı ildə fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsi alaraq 2003-cü ilə qədər Azərbaycan Milli Elmlər Akademiyasıda işləyib. 1992-ci ilin yanvar ayında yeni dissertasiya işini Lomonosov adına Moskva Dövlət Universitetinin Elmi Şurasına təqdim edib və 1993-cü ildə müdafiə edib. 1996–2003-cü illərdə yeni açılmış "Qeyri-xətti Analiz" şöbəsinin müdiri işləyib. 1994–1997-ci illər arasında İNTAS-ın üçillik layihəsində Cənubi Qafqaz dövlətləri üzrə rəhbər vəzifəsində çalışıb. 2000-ci ildə professor elmi dərəcəsini alıb. 2003–2016-cı illərdə Hacettepe Universiteti də (Ankara, Türkiyə) Prof. Dr. işləyib. 2011–2014-cü illərdə Türkiyə–Ukrayna üçillik birgə çalışma layihəsində layihə rəhbəri kimi işləyib. 2018–2020-ci illərdə İğdır Universitetində (İğdır, Türkiyə) Prof. Dr. işləyib.
Riyaziyyatçı kimi əldə etdiyi yeniliklər Yeni bir qeyri-xətti metrik fəzalar sinfi müəyyən edilməsi, onların xassələri, Lebeq, Sobolev və Orliç-Sobolev fəzaları ilə əlaqələrinin araşdırılması. Bu sinif fəzaların qeyri-xətti diferensial tənliklərin həllər sinfi olduğu göstərilməsi və s. Prandtl-von Mizes tənliyinin həllinin varlığı və sinfinin göstərilməsi.
Yeni sabit nöqtə teoremlərinin isbatlanması və onlarin bilinən bu tip nəticələrdən daha geniş operatorlar sinifləri üçün tətbiq edilə biləcəyinin göstərilməsi və s.
Qeyri-xətti tənliklərin normal həll oluna bilməsini öyrənmək üçün yeni yöntəmin verilməsi və tətbiqi.
Navier-Stokes tənliyinin zəif həllinin nə zaman tək olacağını göstərən yetərli şərtlərin əldə edilməsi və onlardan istifadə edərək təklik teoreminin isbat edilməsi.
Neuro-net və Rimann problemi ilə bağlı bir neçə problemin araşdırılması.
Xərçəng xəstəliyinin yayılması ilə bağlı yeni riyazi model verib onun davranışının araşdırılması və s.Goychay Ensiklopediyası. "Soltanov, Kamal Nəsir oğlu." Əldə edilib: https://goychay-encyclopedia.az/soltanov-kamal-n%C9%99sir-oglu/ (12 dekabr 2024).
Beynəlxalq fəaliyyəti 2003-cü ildə Kamal Soltanov Türkiyənin Hacettepe Universitetinə dəvət edilmiş və burada 13 il çalışmışdır. Daha sonra, 2018–2020-ci illərdə Türkiyənin İğdır Universitetində tədqiqatlarını davam etdirmişdir.
Əsas nailiyyətlər 120-dən çox elmi məqalənin müəllifi.
Redaktorluq fəaliyyəti "Set-Valued Mathematics and Applications" jurnalının baş redaktoru (2018–) "Turkic World Mathematical Society (TWMS) Journal of Pure and Applied" jurnalının redaksiya heyətinin üzvü (2015–) Azərbaycan Milli Elmlər Akademiyasının "Transactions" jurnalının redaksiya heyətinin üzvü Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun (IMM) "Proceedings" jurnalının redaksiya heyətinin üzvü Central European Journal of Mathematics (Open Math.) jurnalının redaksiya heyətinin üzvü (2014–2020) "Hacettepe J. of Math. & Statistics" jurnalının redaksiya heyətinin üzvü (2006–2013)
Jurnallarda rəyçilik Mathematical Notes (Mathematical Notice) Siberian Mathematical Journal Hindawi Publishing Corp.-ın bəzi jurnallarında "Elsevier"in bəzi jurnallarında "Springer"in bəzi jurnallarında Turkish Journal of Mathematics Hacettepe Journal of Mathematics and Statistics
Mükafatları Azərbaycan və SSRİ Elmlər Akademiyasının fəxri təltifləri – Qeyri-xətti analiz və qeyri-xətti sərhəd məsələləri sahəsində nailiyyətlərinə görə (1977–1989) Səlcuq Universitetinin (Konya, Türkiyə) Fəxri Tədqiqat Mükafatı (1998, 1999) WIAS — Berlin mükafatı (1997)
Azərbaycan Respublikasının Fəxri Fərmanı ilə təltif edilmişdir.
İstinadlar
Xarici keçidlər