Boris Veysfeyler () — Sovet İttifaqında dünyaya gəlmiş, Pensilvaniya Dövlət Universitetində professor kimi işləmiş riyaziyyatçı idi və Çiliyə getməzdən əvvəl ABŞ-də yaşamışdır. ABŞ-nin məxfilikdən çıxarılmış sənədlərinə əsasən, Çili ordusunun patrulu onu saxlamış və 1960-cı illərdə Çilidə yaradılmış, alman mənşəli kənd təsərrüfatı icması olan Colonie Dignidada aparmışdır. Pinoçet rejiminin hərbi diktaturası dövründə Boris Veysfeylerin boğularaq öldürüldüyü iddia edilir.
Həyatı və karyerası
Boris Veysfeyler 1941-ci ildə Moskvada anadan olmuşdur. O,1970-ci ildə Leninqradın Steklov Riyaziyyat İnstitutunda doktorantura dərəcəsi almışdır. Ernest Vinberqin rəhbərliyi altında işləmişdir. 1975-ci ildə Sovet İttifaqından ABŞ-yə mühacirət etmiş və Pensilvaniya Dövlət Universitetində professor olmuşdur. 1981-ci ildən ABŞ vətəndaşı olmuşdur.
Veysfeylerin tədqiqatları cəbr qrupu nəzəriyyəsinin çətin sahələrini, xüsusilə qeyri-izotrop qrupları əhatə edib. O, öz sahəsində 30-dan çox elmi məqalə yayımlamışdır.
İtkin düşməsi
1984-cü ilin Milad bayramında Boris Veysfeyler And dağlarında gəzinti məqsədilə Çiliyə yollanır. Həmin dövrdə ölkə Auqusto Pinoçetin diktaturası altında idi və insan hüquqları pozuntuları geniş yayılmışdı. Rəsmi məlumatlara görə, Boris sürətli axan çaylara düşərək boğulub, lakin cəsədi tapılmamışdır. ABŞ və Çili sənədlərində onun Colonia Dignidad adlı müəmmalı alman icmasında işgəncəyə məruz qaldığı iddia edilir.
Tədqiqatlar və nəticələr
2006-cı ildə ABŞ senatorları və nümayəndələri Çili prezidenti Miçel Baçeletə müraciət edərək rəsmi tədqiqatın sürətləndirilməsini tələb etmişdirlər. 2012-ci ildə Çili məhkəməsi onun qaçırılmasında şübhəli bilinən 8 hərbi və polis məmurunun həbsini tələb edib. Lakin 2016-cı ildə məhkəmə işi bağlanmışdır.
Xatirəsi
Boris Veysfeylerin itkin düşməsi haqqında "The Colony" adlı qısametrajlı film 2007-ci ildə yayımlanmışdır. Çilidə 2003-cü ildə "El misterio Boris Weisfeiler" adlı sənədli film nümayiş olunmuşdur.
Əsas əsərləri
On Construction and Identification of Graphs. Berlin, Springer (1976).
İstinadlar
Xarici keçidlər
Official website for Boris Weisfeiler Kateqoriya:SSRİ riyaziyyatçıları Kateqoriya:ABŞ səyyahları Kateqoriya:1980-ci illərdə itkin düşənlər Kateqoriya:Fizika-riyaziyyat elmləri namizədləri Kateqoriya:İnsan hüquqları Kateqoriya:ABŞ riyaziyyatçıları