– 1924-cü ildə Yaponiyada yaradılmış fotoqrafiya təşkilatı. Yaponiyada fəaliyyət göstərən ən qədim fotoqrafiya təşkilatıdır. 1889-cu ildə qurulmuş eyniadlı təşkilatla əlaqəsi yoxdur.
Tarixi Yaponiya Fotoqrafiya Cəmiyyəti 1924-cü ilin noyabrında Şinzo Fukuhara tərəfindən Tokioda təsis olunmuşdur. Təşkilat Fotoqrafiya Cəmiyyətinin və Şiseydo Foto Gənclər Dərnəyinin birləşməsi nəticəsində yaranmışdır. Fukuhara təşkilatın ilk sədri seçilmişdir. İlk üzvlərə Yoşitaro Mori, Roso Fukuhara, Kiiçiro İşida, Maroni Kumazava, Masaciro Sakay, Hoko Şimamura və Kiyoşi Nişiyama daxil idi. Tezliklə Yaponiyanın digər yerlərində cəmiyyətin şöbələri açılmışdır. Təşkilat Yaponiyada yeni fotoqrafiya nəzəriyyələri və ideallarının müzakirə edilib yayılmasında vacib rol oynamış, 1930-cu illərdə Yaponiyada piktorializm cərəyanını müdafiə edən əsas təşkilat olmuşdur. 1926-cı ildə cəmiyyətin adlı aylıq bülleteni təsis olunmuşdur. Bu bülleten 1940-cı ilin noyabrında ləğv olunmuş və cəmiyyət 1940-cı ilin dekabrında , 1941-ci ilin avqustunda bülletenini nəşr etməyə başlamışdır.
Cəmiyyət 1944-cü ilin martında Yaponiya ordusu tərəfindən ləğv olunaraq Böyük Yaponiya Fotoqrafiya Vətənpərvər Cəmiyyəti ilə birləşdirilmişdir. 1946-cı ilin aprelində yenidən təsis olunmuşdur. Şinzo Fukuhara sədr, Roso Fukuhara vitse-sədr seçilmişdir.
Fəaliyyət Cəmiyyət tərəfindən aylıq görüşlər, fotosessiyalar və sərgilər təşkil olunur. İlk dəfə 1925-ci ilin iyulunda Ueno rayonunda baş tutmuş Yaponiya Fotoqrafiya Cəmiyyəti Sərgisi hər il keçirilən tədbirdir.
İstinadlar
Ədəbiyyat
Xarici keçidlər
Kateqoriya:Yaponiyanın fotoqrafiya təşkilatları