Hafiz Siqatəddin Əbül-Qasım Əli ibn Həsən əd-Dəməşqi () və ya təxəllüsü ilə İbn Asakir və ya İbn Əsakir (; ) — islam alimi, ilahiyyatçısı, hədisşünası, tarixçisi və şafii məzhəbinin hüquqşünası. Ərəb regional tarixşünaslığının nümayəndəsi olmuşdur. Dəməşqdə yaşayan 10000-ə yaxın insanın (onlardan 200-ü qadın) bioqrafiyasını özündə əks etdirən "Tarixu mədinəti-Diməşq" ("Dəməşq şəhərinin tarixi" bioqrafik lüğətinin müəllifi olmuşdur.Hirschler, Konrad, «Ibn ʿAsakir, Thiqqat al-Din ʿAli», in: Encyclopedia of the Medieval Chronicle, Edited by: Graeme Dunphy, Cristian Bratu. Consulted online on 23 December 2022. O, Əbunnəcib Sührəvərdinin tələbəsi idi.F. Sobieroj, al-Suhrawardi // The Encyclopaedia of Islam, Vol. IX, 778.

Həyatı Onun tam adı Hafiz Siqatəddin Əbül-Qasım Əli ibn Həsən ibn Hebətullah ibn Abdullah ibn Hüseyn ibn Əsakir Dəməşqi əş-Şafii əl-Əşəridir. O, Bəni-Əsakir qəbiləsindən idi. 1105-ci ildə Dəməşqdə anadan olmuşdur. O, atasının və böyük qardaşının rəhbərliyi altında təhsil almışdır. 20 yaşında elm üçün Bağdada getmişdir. Bir il sonra Məkkə və Mədinəyə həcc ziyarəti etmişdir. Həcc ziyarətindən qayıdaraq 5 il Nizamiyyə mədrəsəsində qalıb Dəməşqə qayıtmışdır.

1135-ci ildə anası vəfat etdikdən sonra İbn Əsakir Xorasana getdi, burada Əsbəhan, Mərv, Təbriz, Beyhək, Rey, Herat və başqaları kimi böyük şəhərləri gəzmişdir. 4 ildən sonra İbn Əsakir Dəməşqə qayıtmış və "Darül-Hədin ən-Nuriyyə" mədrəsəsində tələbələrə dərs deməyə başlamışdır.

1176-cı ildə Dəməşqdə vəfat etmişdir.

Mənbə

İstinadlar

Ədəbiyyat

Ибн Асакир // Советская историческая энциклопедия : в 16 т. / под ред. Е. М. Жукова. — М. : Советская энциклопедия, 1964. — Т. 5 : Двинск — Индонезия. — Стб. 719—720. Ибн Асакир Али ибн аль-Хасан // Евклид — Ибсен. — М. : Советская энциклопедия, 1972. — С. 617. — (Большая советская энциклопедия : [в 30 т.] / гл. ред. А. М. Прохоров ; 1969—1978, т. 9).

Xarici keçidlər

Kateqoriya:Ərəb tarixçilər Kateqoriya:Sünni müsəlman İslam alimləri Kateqoriya:Hədis alimləri Kateqoriya:Hədis alimləri Kateqoriya:XII əsr tarixçiləri