və ya digər adı ilə Otonaşi Yozan – Yaponiya fotoqrafı. Şimooka Renco və Ueno Hikoma ilə birlikdə "Yaponiya fotoqrafiyasının üç böyük qabaqcılı"ndan biri hesab olunur. Yaponiyada "sənədli fotoqrafiyanın atası" və "Hokkaydo fotoqrafiyasının atası" kimi tanınır.

İlk illəri Tamoto Kenzo 1832-ci ildə hazırda Mie prefekturasında yerləşən Kumano şəhərində doğulmuşdur. 23 yaşında olanda Naqasakiyə getmiş və Qərb elmlərini öyrənmişdir. 1859-cu ildə Hokkaydonun Hakodate limanına köçmüşdür. Burada donvurma keçirmiş və sağ ayağı Rusiyanın Yaponiya konsulluğundan işləyən həkim Zelenski tərəfindən amputasiya olunmuşdur. O, Zelenskinin fotoqrafiya köməkçisi olmuş və ondan ambrotipiyalar hazırlamağı öyrənmişdir. Tamoto həyatının qalan hissəsində protez ayaqdan istifadə etmişdir.

Fotoqrafiya Tamoto təxminən 1866-cı ildə fotoqraf kimi işləməyə başlamış və 1867-ci ildə Kizu Kokiçi ilə birlikdə bir ay boyunca Matsumae qəsrinin tikinti işlərinin fotolarını çəkmişdir. 1868–1869-cu illərdə baş verən Hakodate döyüşü zamanı şoqunluğun hərbi qulluqçuları olan Enomoto Takeaki və Hicikata Toşizonun fotolarını çəkmişdir.

Tamoto 1869-cu ildə Hakodatedə öz fotostudiyasını açmış və portret fotoqrafiyası ilə məşğul olmağa başlamışdır. 1871-ci ildə Hokkaydo Koloniyalaşdırma Komissiyası regionun inzibati mərkəzini Sapporo şəhərinə köçürmüş və Tamotonu rəsmi fotoqraf kimi işə götürmüşdür. Tamoto 1871-ci ilin avqustunda şagirdi İda Kokiçi ilə birlikdə Sapporo, Otaru və İşikari şəhərlərində bina və yol tikintisi işlərinin, eləcə də, torpaqların meliorasiyası işlərinin fotolarını çəkmişdir. Onlar bu yerlərin fotolarını çəkən ilk şəxslər olmuşdurlar. Bir ay boyunca çəkdikləri 158 foto 1872-ci ildə Tokioya göndərilmişdir. Tamotonun Hokkaydo fotoları 1873-cü ildə Vyanada keçirilmiş Dünya Sərgisinə göndərilmişdir. Onun sərgiyə göndərilmiş 48 fotosu Hokkaydonun məşhur yerləri, 59 fotosu aynular və 8 fotosu Sapporo haqqında idi. Tamoto Hokkaydo regionunun əsas fotoqraf müəllimlərindən biri olmuş, bir çox fotoqraf yetişdirmişdir.

frame|center|Hakodatenin panoram fotosu. 1880-ci ildə Tamoto Kenzo tərəfindən çəkilmişdir.

Qeydlər

İstinadlar

Ədəbiyyat

Kateqoriya:Yaponiya fotoqrafları Kateqoriya:Hakodate şəxsləri Kateqoriya:Portret fotoqrafları Kateqoriya:Peyzaj fotoqrafları Kateqoriya:Fotoqrafiyanın qabaqcılları Kateqoriya:Yaponiyanın amputant şəxsləri Kateqoriya:Əlil fotoqraflar