Zövlə — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd. 27 mart 2001-ci il tarixli 110-IIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Lənkəran rayonunun Zövlə kəndi Separadi kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Zövlə kənd inzibati ərazi dairəsi yaradılmışdır.

Toponimikası Kəndin adı talış dilindən tərcümədə "kömürçülər" deməkdir.

Əhalisi Kəndin əhalisi 2474 nəfərdir. Kəndin əsl əhalisi qədimdə İranın Mazandaran bölgəsindən gələnlər olub.

İstinadlar

Həmçinin bax

Kateqoriya:Lənkəran rayonunun kəndləri Kateqoriya:Lənkəran rayonunun yaşayış məntəqələri