Qotvald Frederik (; ) — Amerikalı rəssam."GOTTWALD, FREDERICK CARL". Encyclopedia of Cleveland History. Retrieved 2008-12-10 O, Qadınlar üçün Qərb Rezerv Dizayn Məktəbində (sonralar Klivlend İncəsənət İnstitutu adlandırıldı) dərs deyirdi və onun "Klivlendin bədii inkişafına hər kəsdən daha çox töhfə verdiyi" deyilir.
Həyatı Qotvald 1858-ci il avqustun 15-də Avstriya İmperiyasında dünyaya gəlib. Körpə ikən ailəsi Ohayo ştatının Klivlend şəhərinə köçüb.GOTTWALD, FREDERICK CARL". Encyclopedia of Cleveland History. Retrieved 2008-12-10.
O, 1874-cü ildə Açibald Vilad ilə bərabər rəssamlıq təhsili alıb.
1926-cı ildə təqaüdə çıxdıqdan sonra həyat yoldaşı Maria Skot ilə birlikdə İtaliyaya köçüb. Onlar bir neçə il orada yaşayıb, 1930-cu ildə Klivlendə qayıdıb. Qotvald 1941-ci ildə Koliforniyada vəfat edib.
Yaradıcılığı Qotvald 1876-cı ildə ilk dəfə Vilad ilə bərabər Klivlend İncəsənət Klubunu qurub. O, Qadınlar üçün Qərb Rezerv Dizayn Məktəbində (sonradan Klivlend İncəsənət İnstitutu adlandırılıb) dərs deyib və onun "Klivlendin bədii inkişafına hər kəsdən çox töhfə verdiyi" deyilir.Barrick, James G. Jr. "Student of Frederick Carl Gottwald". Archived from the original on 2011-07-11. Retrieved 2008-12-10. Daha sonra Nyu-York İncəsənət Tələbələri Liqasında təhsilini davam etdirmək üçün Nyu-Yorka köçüb, ardınca Münxendəki Kral Akademiyasında, Parisdəki Julian Akademiyasında və Nyu Yorkda Koper Yunionda təhsil alıb.
1885-ci ilin sentyabrında Klivlendə qayıtdıqdan sonra o, dizayn məktəbinin fakültəsinə qoşulub. Qotvald 1889-1891-ci illərdə direktor vəzifəsini təyin olunub. 41 il ərzində direktor vəzifəsində işləyib. Sonra isə “direktor” vəzifəsindən “müdir” vəzifəsinə təyin olunub. Haverstock, Mary Sayre (compiled by) (2000). Artists in Ohio, 1787-1900. Kent State University Press. pp. 344–45. ISBN 0-8733
O , Klivlendə yaşayan bir çox tanınmış rəssamlara (Çarlz Burçfild, Henri Keller, Abel Uorşovski və Frank N. Uilkoks) dərs deyib.Keny, James M. "Ohio Impressionists and Post-Impressionists". Traditional Fine Arts Organization, Inc. Retrieved 2008-12-11. 1890-cı illər onun rəssamlıq karyerasını ən parlaq dönəmləri olub. Bu illərdə hər il Milli Dizayn Akademiyasında və Boston İncəsənət Klubunda rəsm əsərləri sərgilənib.
Həmçinin bax Henri Taylor Levi Varner
İstinadlar
Xarici keçidlər Frederick Carl Gotwald
Kateqoriya:XX əsr ABŞ rəssamları