Rəhmi Koç () — Türkiyənin ən böyük şirkətlər qruplarından biri olan Koç Holdinqin fəxri sədri və qurucusu Vehbi Koçun oğlu. 2016-cı ildə Forbes jurnalı onu 2,6 milyard dollar sərvəti ilə dünyanın 906-cı ən varlı adamı kimi göstərib. 2013-cü ildə Koç ümumilikdə 37,5 milyon lirə ödəməklə Türkiyənin ən böyük vergi ödəyicisi olub.

Təhsili və karyerası Təhsilini ABŞ-ın Cons Hopkins Universitetində tamamlamışdır. 1958-ci ildə Koç ailə biznesinə qatılmış və müxtəlif vəzifələrdə çalışmışdır. 1984-cü ildə Vehbi Koçun istefasından sonra Koç Holdinqin rəhbərliyini öz üzərinə götürmüşdür. 2003-cü ildə rəhbərliyi oğlu Mustafa Koça ötürərək fəxri sədr olmuşdur.

İctimai fəaliyyətləri Rəhmi Koç həmçinin xeyriyyəçilik və mədəni fəaliyyətlərlə məşğuldur. Onun təşəbbüsü ilə bir çox muzeylər və mədəni layihələr həyata keçirilmişdir. 1994-cü ildə İstanbulda açılan Rəhmi M. Koç Muzeyi, sənaye və nəqliyyat sahəsindəki kolleksiyalarına görə məşhurdur.

İstinadlar

Xarici keçidlər Koç Holding A.Ş. Rahmi M. Koç Museum Creating Emerging Markets Interview at the Harvard Business School

Kateqoriya:Türkiyə sənayeçiləri