Viyən (əvvəlki adı: Viyan) — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd. 5 oktyabr 1999-cu il tarixli 708-IQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Lənkəran rayonunun Aşağı Nüvədi qəsəbə inzibati-ərazi vahidi tərkibindəki Viyan kəndi Viyən kəndi adlandırılmışdır. 1883-cü ilə aid Viyən kənd məscidi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust Tarixli 132 nömrəli Dünya qərarı ilə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına daxil edilmişdir.
İstinadlar
Həmçinin bax
Kateqoriya:Lənkəran rayonunun kəndləri Kateqoriya:Lənkəran rayonunun yaşayış məntəqələri