Yulon Qaqoşidze (; ) — Gürcüstan tarixçisi, arxeoloq, ictimai-siyasi və dövlət xadimi. Gürcüstan diaspora işləri üzrə dövlət naziri (2007–2009).
Həyatı Yulon Qaqoşidze 1935-ci ildə Tbilisidə anadan olub. O, 1958-ci ildə Tbilisi Dövlət Universitetinin tarix fakültəsini bitirmiş, 1985-ci ildə tarix elmləri doktoru elmi dərəcəsi almışdır. 1968-ci ildən başlayaraq Y. Qaqoşidze İsrail, Kipr, Azərbaycan, Gürcüstanın Ksani çayı vadisi, Samadlo, Dedoplissaro və digər ərazilərdə müxtəlif arxeoloji ekspedisiyalara rəhbərlik etmişdir. 1991-ci ildə Msxetanın yerli administrasiyasının rəhbəri vəzifəsində çalışıb. Daha sonra 2004–2005-ci illərdə Tbilisi Şəhər Şurasının üzvü olub. 2007–2009-cu illərdə Y. Qaqoşidze Mixeil Saakaşvili administrasiyasında diaspor məsələləri üzrə dövlət nazir olub. 2002-ci ildə "Ancient West and East" jurnalının məsləhət şurasının üzvü olub.
Kitabları ადრეანტიკური ხანის ძეგლები ქსნის ხეობიდან. თბილისი, მეცნიერება, 1964; Самадло. Археологические раскопки, Тб.,1979; Самадло. Каталог археологического материала, Тб.,1981; ქართველი ქალის სამკაული. თბილისი, ხელოვნება, 1981; ფული საქართველოში. თბილისი, 2000; Iberia and Rome. The Excavations of the Palace at Dedoplis Gora and the Roman Influence in the Caucasian Kingdom of Iberia, Langenweis-sbach: Beier & Beran, 2008; The Georgian monastery in Cyprus, Tb., 2014.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Gürcüstan tarixçiləri Kateqoriya:Gürcüstan arxeoloqları Kateqoriya:Gürcüstan siyasətçiləri Kateqoriya:Gürcüstan nazirləri