Sex with Hitler () – 2022-ci ildə buraxılmış pornoqrafik izometrik şuter vizual roman videoyunu. "Romantic Room" tərəfindən hazırlanmışdır. Oyunda oyunçu Nasist Almaniyasının diktatoru Adolf Hitleri idarə edir və fərqli millətlərdən olan dörd qadınla görüşməklə vəzifələndirilir. Oyun əsasən mənfi rəylər almışdır. Tənqidçilər Hitlerin oyunda iki xaya ilə təsvir olunmasını mübahisəli hesab etmiş, oyunu zəif animasiyalı və qeyri-erotik adlandırmışdırlar.

Məzmun "Sex with Hitler" oyununda hadisələr İkinci Dünya müharibəsinin sonunda başlayır: Hitler "hər şeyini itirmiş" kimi göstərilir və sovet ordusu Berlini ələ keçirməmiş şəhəri tərk etməyi planlaşdırır. Lakin bunu etməzdən öncə bir neçə qadınla sekslə məşğul olmağa qərar verir.

Geympley "Sex with Hitler" hekayə seqmentləri ilə kəsişən izometrik aşağıdan yuxarı şuter seqmentlərindən ibarətdir. Hekayədə Hitler anime stilində olan qadınlarla söhbət edir və onlarla sekslə məşğul olur. Oyunda Hitlerlə qadınlar arasında çox açıq və sərt seks səhnələri mövcuddur.

Qəbul "Sex with Hitler" tənqidçilər tərəfindən mənfi rəylərlə qarşılanmışdır. "The Forward" üçün yazan Mira Foks oyunu "absurd və həvəskar" adlandırmış, oyunun son dərəcədə pis sənətə malik olduğunu bildirmişdir. "Kotaku" üçün yazan Ari Tonis oyun üçün mənfi rəy vermiş, oyunun "xüsusilə xoşagəlməz" səhnələrlə dolu olduğunu demişdir. "Motherboard" üçün yazan Samanta Kol oyunun şutinq seqmentlərini "inanılmaz ucuz", dialoqları "əsəbedici və maraqsız" və seks səhnələrini "qaneedici olmayan" adlandırmışdır. Hər üç tənqidçi də oyunun diqqət cəlb etmək üçün Hitlerdən istifadə etdiyini bildirmişdir. Notis və Foks Hitlerin oyunda həddən çox əzələli və əla yoldançıxaran kimi təsvir olunmasını tənqid etmişdirlər.

Tarixi dəqiqlik Adolf Hitlerin oyunda iki xaya ilə təsvir olunması bir çox "Steam" oyunçusu arasında mübahisəyə səbəb olmuşdur. Onlar bunun tarix baxımından səhv olduğunu iddia etmişdirlər: Hitler ancaq bir xayasının olması ilə tanınır. Kol, Foks və Notis Hitlerin iki xayalı olmasından narahat olan oyunçulara "Sniper Elite 3" oynamağı tövsiyə etmişdirlər. Belə ki, bu oyunda Hitlerin bir xayalı olması hekayədə vacib detallardan biridir.

İstinadlar

Kateqoriya:2022-ci ilin videooyunları Kateqoriya:Erotik videooyunlar Kateqoriya:MacOS videooyunları Kateqoriya:Atıcılar Kateqoriya:Birnəfərli videooyunlar Kateqoriya:Videooyun mübahisələri Kateqoriya:İzometrik qrafikaya malik videooyunlar Kateqoriya:Vizual romanlar Kateqoriya:Windows videooyunları Kateqoriya:Adolf Hitler haqqında əsərlər Kateqoriya:İkinci Dünya müharibəsi haqqında videooyunlar