Əhməd Məsud Yılmaz (; ) və ya əmilərinin soyadı ilə Akçal. Əslən Rizə Çayeli Çataldərə/Cimil kəndindən) — hemşinli əsilli türk siyasətçisi. Azərbaycan suveren dövlət kimi onun dövründə Türkiyə Cümhuriyyəti tərəfindən rəsmən tanınmışdır.

Həyatı Ahmet Mesut Yılmaz 6 noyabr 1947-ci ildə İstanbulda anadan olub. İstanbul Oğlanlar litseyini bitirib. 1971-ci ildə Ankara Universiteti Siyasi Məlumatlar Fakültəsi Maliyyə və İqtisad Bölümündən məzun oldu. 1972–1974-cü illər arasında Almaniyanın Köln Universiteti İqtisadi və İctimai Elmlər Fakültəsində yüksək lisans çalışması etdi.

1975–1983-cü illərdə kimya, tekstil və çatdırma sahəsində, müxtəlif özəl şirkətlərdə idarəçi olaraq işləyib. 1983-cü ilin may ayında yaradılan Ana Vətən Partiyasının qurucularından biri və sədr müavini olub. Həmin il noyabr ayında keçirilən seçkilərdə parlamentə Rizədən millət vəkili seçilib.

1991–2002-ci illərdə Ana Vətən Partiyasının lideri vəzifəsində çalışıb. 1986–1990-cı illər arasında Turqut Özalın qurduğu hökumətdə Xarici İşlər Naziri və Mədəniyyət və Turizm Naziri vəzifəsinə təyin edilib. 1991-ci ildə baş nazir təyin edilib.

1991–1999-cu illər arasında ümumilikdə təxminən 2 il ərzində 3 dəfə baş nazir və müxtəlif nazirliklərdə çalışıb. Türkiyədə 1995-ci ildəki ümumi seçkilərdən sonra qurulan koalisiya hökumətində yenidən baş nazir olub. 1997–1999-cu illər arasında da baş nazir vəzifəsində çalışıb.

2000–2002-ci illər arasında DSP-MHP-ANAP koalisiyasında dövlət naziri və baş nazirin müavini təyin edilib. 15 yanvar 2009–2011 arasında ANAP və Doğru Yol Partiyasının birləşməsi nəticəsində qurulan Demokrat Partiyasında siyasi fəaliyyətini davam etdirib.

2004-cü ildə Ali Məhkəmədə mühakimə olunub və Türkiyənin Cümhuriyyət tarixində Ali Məhkəmədə mühakimə olunan ilk Baş nazir kimi tarixə düşüb.

2019-cu ilin yanvar ayında ağciyərində şiş aşkarlanan M. Yılmaz uzun müddət müalicə olunmasına baxmayaraq, 2020-ci il oktyabrın 30-da vəfat etmişdir.

Haqqında yazılmış kitablar Faruk Bildirici, Hanedanın Son Prensi (2007) Hakan Şanlıtürk, Maratoncunun Molası: Mesut Yıllardan Notlar (2004)

İstinadlar

Kateqoriya:Türkiyə siyasətçiləri Kateqoriya:Türkiyə baş nazirləri Kateqoriya:Türkiyənin xarici işlər nazirləri Kateqoriya:TBMM XVII çağırış deputatları Kateqoriya:TBMM XVIII çağırış deputatları Kateqoriya:TBMM XIX çağırış deputatları Kateqoriya:TBMM XX çağırış deputatları Kateqoriya:TBMM XXI çağırış deputatları Kateqoriya:TBMM XXIII çağırış deputatları Kateqoriya:Ana Vətən Partiyasının üzvləri (Türkiyə) Kateqoriya:Türkiyə siyasi partiyalarının sədrləri