Əmrulla Paşayev (tam adı: Əmrulla Xanməd oğlu Paşayev) ― pedaqoji elmlər doktoru (1993), professor (1997), Gürcüstan Təhsil Akademiyasının həqiqi üzvü, Əməkdar müəllim.

Həyatı Əmrulla Paşayev 2 noyabr 1937-ci ildə Qax rayonunun Qarabaldır kəndində anadan olub. 1953-cü ildə yeddiillik kənd məktəbini bitirib, orta təhsilini isə Zaqatala rayonunun Bəhmənli kəndində başa çatdırıb. 1956-1959-cu illərdə orduda xidmət edib, ordudan tərxis olunduqdan sonra mexanizator kimi əmək fəaliyyətinə başlayıb. 1963-1967-ci illərdə Tbilisi Dövlət Pedaqoji İnstitutunun Pedaqoji fakültəsində təhsil alıb, həmin fakültəni fərqlənmə diplomu ilə bitirib. 1967-1968-ci illərdə Gürcüstan Dövlət Radio və Televiziya Verilişləri Komitəsində çalışıb. 1968-ci ildən A.S.Puşkin adına Tbilisi Dövlət Pedaqoji Institutunda Azərbaycan dili və ədəbiyyatı və erməni dili və ədəbiyyatı kafedrasında baş laborant, müəllim olaraq fəaliyyət göstərib.

Üç övladı, dörd nəvəsi var.

Fəaliyyəti 1956-1959-cu illərdə orduda xidmət edib, ordudan tərxis olunduqdan sonra mexanizator kimi əmək fəaliyyətinə başlayıb. 1963-1967-ci illərdə Tbilisi Dövlət Pedaqoji İnstitutunun Pedaqoji fakültəsində təhsil alıb, həmin fakültəni fərqlənmə diplomu ilə bitirib. 1967-1968-ci illərdə Gürcüstan Dövlət Radio və Televiziya Verilişləri Komitəsində çalışıb. 1968-ci ildən A.S.Puşkin adına Tbilisi Dövlət Pedaqoji Institutunda Azərbaycan dili və ədəbiyyatı, erməni dili və ədəbiyyatı kafedrasında baş laborant işləməklə yanaşı, pedaqogika və pedaqogika tarixi fənlərindən mühazirə və seminar məşğələləri aparıb. 1974-cü ildə professor V.V. Qaquanın rəhbərliyi ilə “XIX əsr-XX əsrin əvvəllərində Gürcüstanda rus-Azərbaycan məktəblərinin meydana gəlməsi və inkişafı” mövzusunda namizədlik dissertasiyası müdafiə edib 1993-cü ildə “XIX əsr-XX əsrin əvvəllərində Qafqazda ibtidai təhsilin inkişafı” mövzusunda doktorluq dissertasiyası müdafiə edib. 1993-cü ildən ADPU-nun Ümumi pedaqogika kafedrasında əvvəlcə müəllim olaraq fəaliyyətə başlayıb, dosent kimi davam etdirib. 1997-ci ildən ADPU-nun professorudur.

Müxtəlif illərdə Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunda və ADPU-da fəaliyyət göstərən ixtisaslaşdırılmış Müdafiə Şurasının üzvü, həmin Şuranın nəzdində elmi seminarın sədri olmuş, elmi-pedaqoji kadrların hazırlanmasında fəal iştirak etmişdir.

Əsərləri 100-dən çox elmi-metodik ədəbiyyatın, ali və orta məktəblər üçün proqramların, ümumtəhsil, orta ixtisas, ali məktəblər və xüsusi məktəblər üçün dərslik və dərs vəsaiti, həmçinin monoqrafiya, tərçümələrin müəllifidir. Paşayev Ə.X., Rüstəmov F.A. Pedaqogika. Yeni kurs. Pedaqoji universitetlərin və ali pedaqoji məktəblərin tələbələri üçün dərs vəsaiti. Bakı: "Elm və təhsil", 2010. - 464 səh.

Mükafatları Professor Əmrulla Paşayev "Əmək rəşadətinə görə" və "Tərəqqi" medalları ilə təltif olunub və "Əməkdar müəllim" fəxri adına layiq görülüb.

İstinadlar

Xarici keçidlər

Pedaqogika

Kateqoriya:Azərbaycanlı alimlər Kateqoriya:Azərbaycan pedaqoqları Kateqoriya:Azərbaycan Respublikasının qabaqcıl təhsil işçiləri