Niki Larson və Kupid parfümü (, ) — rejissor Filip Laşo tərəfindən çəkilmiş fransız kriminal komediya filmi. Bu filmin süjet xətti, ssenarini oxuduqdan sonra adaptasiyaya razılıq vermiş Çukasa Hodze tərəfindən yazılmış yapon manqa və anime seriyası olan Şəhər ovçusu əsərindən götürülmüşdür.

Filmin premyerası Fransada 6 fevral 2019-cu ildə, Rusiyada isə 2019-cu il may ayının 23-də baş tutmuşdur.

Süjet xətti Nikki Larson qeyri-adi şəxsi detektiv, istedadlı döyüşçü və snayperdir. Onu tez-tez heç kimin həll edə bilmədiyi problemləri həll etmək üçün çağırırlar. Partnyoru və otaq yoldaşı Lauranın köməyi ilə o, müştərilərinə bir neçə xidmət təklif edir. Ancaq bir peşəkar olaraq, onun mühüm bir çatışmazlığı var — həm işdə, həm də evdə şəriki Lauraya belə mane olacaq səviyyədə qadınlara qarşı olan ehtiras hissi. çox mane olan zərif cinslə vəsvəsə.

Müştərilərindən biri bir gün ona güclü afrodizyak olan "Kupid parfümü"nü mühafizə etməyi tapşırır. Müştəri ilə görüş zamanı quldurlar parfümü oğurlamağa çalışırlar. Niki quldurlar ilə mübarizə apararaq içində parfümün olduğu çamadanı geri götürməyi bacarır, lakin tezliklə məlum olur ki, çamadan dava zamanı qarışmış və həmin vaxt yoldan təsadüfən keçən bir adamın əlinə keçmişdir.

İstinadlar

Kateqoriya:Komediya filmləri Kateqoriya:Cinayət filmləri Kateqoriya:Fransa filmləri Kateqoriya:Fransızca filmlər Kateqoriya:2018-ci ilin filmləri Kateqoriya:2019-cu ilin filmləri Kateqoriya:Adaptasiyalara əsaslanan filmlər Kateqoriya:Fransanın komediya filmləri Kateqoriya:Döyüş komediya filmləri Kateqoriya:2019-cu ilin komediya filmləri Kateqoriya:Fransa haqqında filmlər