Züleyxa Rəhimi – Azərbaycan müğənnisi. Daha çox talış xalq mahnılarının ifaçısı kimi tanınıb.

Bioqrafiyası Züleyxa Rəhimi 1937-ci ildə anadan olub. Atası və anası lənkəranlı olub. Atası Suraxanıda neft mədənlərində çalışıb. 13 yaşında Suraxanıda yerləşən mədəniyyət evində solist olub və orada beş il çalışıb. 1969-cu ildə Asəf Zeynallı adına musiqi məktəbində təhsil alıb. Təhsilini bitirdikdən sonra ailə həyatı qurub. Oğlunun iki yaşı olanda, o, həyat yoldaşından boşanıb.

1988-ci ildə Bakının Kürdəxanı qəsəbəsində yerləşən mədəniyyət evində ansamblın rəhbəri olub. Həmin ansamblı ilə səngərlərdə, hərbi hissələrdə hərbçilərə, qocalar evində konsertlər verib. Bundan başqa, sənətkar Şövkət Ələkbərova ilə birgə çalışıb.

Ölümü Qaraciyər xərçəngindən əziyyət çəkib. 26 aprel 2024-cü ildə evində ölü tapılıb. Kürdəxanı qəsəbəsindəki qəbiristanlıqda dəfn olunub.

İstinadlar

Kateqoriya:Azərbaycan talışları Kateqoriya:Talış müğənnilər Kateqoriya:Azərbaycan müğənniləri Kateqoriya:Azərbaycan xanəndələri