Die Rote Fahne (; Qırmızı Bayraq) — ilk olaraq 1876-cı ildə Sosialist Fəhlə Partiyasının lideri Vilhelm Hasselmann tərəfindən təsis edilmiş və o vaxtdan bəri alman sosialistləri və kommunistləri tərəfindən bəzən yeraltı və ya gizli nəşr olunan alman qəzeti. Karl Libknext və Roza Lüksemburq onu 1918-ci ildə Spartak Birliyinin orqanı kimi nəşr edirdilər.

Libnext və Lüksemburqun Almaniya Sosial Demokrat Partiyasının kansleri Fridrix Ebert dövründə vəfat etməsindən sonra qəzet Almaniya Kommunist Partiyası tərəfindən fasilələrlə nəşr olunurdu. 1933-cü ildən sonra Adolf Hitlerin Nasional Sosialist Alman Fəhlə Partiyası hökuməti tərəfindən fəaliyyəti qadağan ediləndən sonra nəşrə gizli şəkildə davam edilmişdi.

İstinadlar

Kateqoriya:Alman dilində qəzetlər Kateqoriya:Almaniyada kommunizm Kateqoriya:Nəşri dayanan gündəlik qəzetlər