Pyer Dühem (; ) — fransız fizik, riyaziyyatçı, filosof və elm tarixçisi. Paris Elmlər Akademiyasının üzvü (1913).

Həyatı 10 iyun 1861-ci ildə Parisdə Flamandəsilli ailədə anadan olmuşdur. Orta təhsilini Stanislaus Kollecində, ali təhsilini 1882–1885-ci illlərdə Paris Ali Normal Məktəbində almışdır. Burada fizikanı öyrənmişdir.

1885-ci ildə onun termodinamik potensialanı dair elmi işi Marselen Bertlonun nəzəriyyəsini tənqid etdiyi üçün münsiflər heyəti tərəfindən rədd edilir. Buna görə də o, bütün həyatı boyu akademik və ideoloji rəqibi olan Marselin Berteloya qarşı çıxıb. Buna baxmayaraq Dühem ikinci elmi işi üzərində işləyir, bu dəfə riyazi bir mövzu seçir. Maqnetizmlə bağlı bu riyazi iş 1888-ci ildə qəbul edilir.

O, 1887–1893-cü illərdə Lill Universitetinin təbiət elmləri fakültəsində fizikadan dərs deyib. 1893-cü ildə Ren Universitetində dərs demişdir. 1894-cü ildə Bordo Universitetində nəzəri fizika kafedrasına başçılıq edib.

Birinci Dünya müharibəsi illərində o, "intellektual döyüşlər"də iştirak edib. "Alman elmi" (1915) əsərində o, "alman elmi" hesab edilən şeyə qarşı çıxaraq "fransız elmi"ni müdafiə edib.

Dühem elmin tarixində təbiət elminin ümumi inkişafı prosesində orta əsrlərin rolunu müsbət qiymətləndirmiş, elmin tarixinin onun metodologiyasında əhəmiyyətini ilk dəfə dərk edənlərdən olmuşdur.

Əsərləri

Les origines de la statique, v. 1–2. P., 1905–06; Etudes sur Léonardo de Vinci, v. 1–3. P., 1906–13; Essai sur la notion de théorie physique de Platon à Galilée. P., 1908; Le système du monde, v. 1–10. P., 1913–59.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Fransa alimləri Kateqoriya:Fransız alimlər Kateqoriya:Fransa fizikləri Kateqoriya:Fransız fiziklər Kateqoriya:Fransa riyaziyyatçıları Kateqoriya:Fransız riyaziyyatçılar Kateqoriya:Fransa filosofları Kateqoriya:Fransız filosoflar

Kateqoriya:XX əsr riyaziyyatçıları Kateqoriya:XX əsrin fizikləri Kateqoriya:XIX əsrin fizikləri Kateqoriya:XIX əsr riyaziyyatçıları Kateqoriya:XIX əsr filosofları Kateqoriya:XX əsr filosofları