İşğal: Yağış — 2018-ci ildə çəkilmiş İşğal filminin davamı olan Avstraliya istehsalı elmi fantastika döyüş filmidir. Filmin ssenari müəllifi və rejissoru yenə də Luk Sparkdır.

Süjet xətti

Sidneyə hücumdan 2 il sonra yadplanetlilər hücumdan sağ qalmış insanları öldürməyə hələ də davam edirlər.

Sağ qalanlar son gücü ilə Avstraliyanın paytaxtını geri almağa çalışırlar. Bununla belə, bu məqsədlərinə nail ola bilmirlər, lakin olduqca vacib ollan məlumatları ələ keçirə bilirlər: yadplanetlilərin hazırlamış olduqları "Yağış" layihəsi haqqında məlumat əldə edirlər.

Əsgər Simmons və onun yeni gələn dostu Harri sirli "Yağış"ın axtarışına başlayırlar.

İstinadlar

Kateqoriya:İngiliscə filmlər Kateqoriya:Avstraliya filmləri Kateqoriya:2018-ci ilin filmləri Kateqoriya:Avstraliyanın elmi fantastika döyüş filmləri Kateqoriya:İngilis dilində elmi fantastika döyüş filmləri Kateqoriya:Yadplanetlilərin hücumu haqqında filmlər