Ço Miyon (; ) və ya tanınan səhnə adı ilə Miyon () – Cənubi Koreya müğənnisi və aktrisası. "I-dle" qrupunun vokalistidir. "K/DA" virtual musiqi qrupunda "League of Legends" personajı olan Ahrini canlandırmışdır.

İlk illəri Ço Miyon 31 yanvar 1997-ci ildə doğulmuşdur. Ailədə tək uşaqdır. Atasından təsirlənərək musiqiyə maraq göstərmişdir. O, musiqi məktəblərinə getmiş, skripka, gitara və pianoda ifa etməyi öyrənmişdir. Orta məktəbdə oxuyarkən "YG Entertainment"in seçimlərinə qatılmış və 5 il təcrübə keçmişdir. Lakin debütü baş tutmamış və o, şirkətdən ayrılmışdır.

Miyon vokal bacarıqlarını inkişaf etdirmək üçün musiqi akademiyasına yazılmış, mahnı və musiqi bəstələməyəi öyrənmişdir. "(G)I-dle" qrupunda debüt edənə qədər 8 il təcrübəçi olmuşdur.

Karyerası Miyon 2017-ci ilin əvvəlində "Cube Entertainment"in təcrübəçisi olmuşdur. 2 may 2018-ci ildə "(G)I-dle" qrupunun vokalisti kimi debüt etmiş, qrupun "Latata" mahnısını ifa etmişdir. 2018-ci ildə "League of Legends" oyunu üçün "K/DA" virtual qrupunda Ahri personajını canlandırmış, 26 oktyabrda Dünya Çempionatının açılışında çıxış edəcəyi təsdiqlənmişdir. 2020-ci ildə MBC-nin "Maska müğənnisinin kralı" verilişində iştirak etmişdir. Müsabiqə xarakterli bu verilişin birinci turunun qalibi olmuşdur. Həmin il "K/DA" qrupunda Ahri rolunu növbəti dəfə canlandırmış, qrupun "The Baddest" və "More" mahnılarını ifa etmişdir. Sentyabrda "Təkrar: An" veb-serialında çıxış edərək aktrisa kimi debüt etmişdir. O, serial üçün "Dreaming About You" və "How To Love (with Neon Paprika)" mahnılarını buraxmışdır.

2021-ci ilin fevralında "Boş dedi-qodu" radio verilişinin əsas aparıcısı olmuşdur. Mayda "Krallıq: Əfsanəvi müharibə" verilişində peyda olmuşdur. Həmin ilin noyabrında "Çatdırma" veb-serialında baş rolda çıxış etmişdir. O, serialında döyüş sənətində ustalaşmış kuryeni canlandırmışdır. Həmin ay "Yetkin təcrübəçi" veb-serialında da baş rolda çıxış etmişdir. 17 noyabrda repçi Kid Millinin "Kitty" mahnısında yer almışdır.

6 dekabr 2022-ci ildə Miyonun solo debüt edəcəyi açıqlanmışdır. 8 aprel 2022-ci ildə onun debüt minialbomu "My" və albomun əsas sinqlı "Drive" olacağı bildirilmişdir. Miyon ilk musiqi verilişi mükafatını 3 mayda SBS MTV-nin verilişində qazanmışdır.

28 avqust 2025-ci ildə "Sky Walking" adlı rəqəmsal sinqlını buraxmışdır. Bu, onun tərəfindən bəstələnmiş ilk sinqldır. 3 noyabrda ikinci minialbomu olan "My, Lover" buraxılmışdır. Bundan öncə 28 oktyabrda "Reno" adlı sinqlını buraxmışdır.

Sponsorluqlar Miyon 2022-ci ilin avqustunda Cənubi Koreyanın "Espoir" gözəllik brendinin səfiri olmuşdur. Oktyabrda "Bewants" dəriyə qulluq brendinin muzası seçilmişdir. 2023-cü ilin martında "City Breeze" dəb brendinin muzası olmuşdur. Mayda "Jill Stuart Beauty" brendinin muzası seçilmişdir. Avqustda "Jimmy Choo" brendinin dünya üzrə səfiri olduğu açıqlanmışdır.

Diskoqrafiya

Minialbomlar "My" (2022)

Sinqllar

İstinadlar

Kateqoriya:I-dle üzvləri Kateqoriya:Cənubi Koreya müğənniləri Kateqoriya:Cənubi Koreya aktrisaları Kateqoriya:K-pop musiqiçiləri Kateqoriya:Pop müğənnilər Kateqoriya:Cənubi Koreya aktyorları Kateqoriya:XXI əsr qadın müğənniləri