Abbas Nilfuruşan (; ) — İran hərbçisi, İslam İnqilabı Keşikçiləri Korpusunda (SEPAH) briqada generalı, SEPAH-ın əməliyyatlar üzrə müavini. O, 1980-ci ildə "Bəsic"də hərbi fəaliyyətə başlamış, sonra SEPAH-a qoşulmuş və İran–İraq müharibəsi boyu bu təşkilatın üzvü olmuşdur.
27 sentyabr 2024-cü ildə Livanın Beyrut şəhərində şiə islamçı silahlı "Hizbullah" təşkilatının qərargahında olarkən "Hizbullah" lideri Həsən Nəsrullah ilə birlikdə İsrailin aviazərbəsi nəticəsində öldürülmüşdür.
İstinadlar
Kateqoriya:İran generalları Kateqoriya:İran–İraq müharibəsi iştirakçıları Kateqoriya:İsrailin hava hücumları nəticəsində ölənlər