"Sevirəm" parkı — Bakıda, Xətai rayonunda yerləşən park. 3,2 hektar ərazidə yerləşən parkın uzunluğu 288 metr, eni isə 110 metrdir. Park The Ritz-Carlton Baku binasının yanında yerləşir.

Tikintisi "Quska" ləqəbli iş adamı, sabiq deputat Hüseyn Abdullayevə məxsus olan, yararsız vəziyyətdə saxlanılan ərazidə 2016-cı ildə mərmər tozu və neft tullantıları təmizləndikdən sonra park salınmağa başlayıb. Tikinti işləri 2016-cı ilin sentyabrında başa çatıb, parkın açılışı 6 oktyabr 2016-cı ildə, Prezident İlham Əliyevin iştirakı ilə baş tutub. İstinadlar

Kateqoriya:Bakı parkları