Valeri Pavloviç Dikarev (; ) — müdafiəçi mövqeyində çıxış etmiş sovet futbolçusu. Məşqçi. Respublika dərəcəli futbol hakimi (1973). SSRİ idman ustası (1961).

Klub karyerası Valeri Dikarev 10 sentyabr 1939-cu ildə Bakı şəhərində anadan olub. "Neftyanik" klubunun Uşaq-Gənclər İdman Məktəbinin yetirməsidir. Peşəkar futbolçu karyerasına 1957-ci ildə, futbol üzrə SSRİ birinci liqasında çıxış edən "Neftyanik"də start verib. 1957–1960-cı illər ərzində Bakı təmsilçisinin heyətində ümumilikdə 63 oyuna çıxıb.

1961-ci ildə Moskvanın "Spartak" klubuna keçib. Yeni klubunda ilk rəsmi oyununu 8 aprel 1961-ci ildə, SSRİ çempionatı oyunu çərçivəsində "Spartak Yerevan"a qarşı keçirib. "Qırmızı-ağlar"ın heyətində keçirdiyi ilk mövsümdəcə ölkə çempionatının bürünc medalına sahib olub. Növbəti mövsümdə isə həm SSRİ çempionu adını qazanıb, həm də mövsümün ən yaxşı 33 oyunçusu siyahısında qərarlaşıb. 1967-ci ildə Dikarev digər üç "Spartak" oyunçusu ilə birlikdə klubun baş məşqçisi Nikita Simonyan tərəfindən komandadan xaric edilib. Məşqçilər korpusunun fikrincə, belə addıma səbəb Daşkənddəki matç zamanı bu futbolçuların qeyri-qənaətbəxş çıxış etmələri olub..

"Spartak"dan ayrıldıqdan sonra hərəsində bir mövsüm olmaqla Moskvanın "Lokomotiv" və Qorkinin "Volqa" klublarında çıxış edib.

Milli komanda karyerası 11 oktyabr 1964-cü ildə Avstriya milli komandasına qarşı keçirilmiş yoldaşlıq oyununda SSRİ milli komandasının heyətində debüt edib. 1964–1965-ci illər aralığında formasını geyindiyi SSRİ milli komandasının heyətində ümumilikdə 3 oyun keçirib.

Oyun üslubu Valeri Dikarev etibarlı və fədakar müdafiəçi, ağıllı mövqe oyunu ilə seçilən, rəqiblə fərdi oyunda uğurla çıxış edən futbolçu kimi xarakterizə olunur.

Məşqçilik və hakimlik karyerası 1969-1970-ci illər aralığında Blaqoveşenskin "Amur" klubunda baş məşqçi işləyib.

1970-ci illərdə futbol hakimi kimi fəaliyyət göstərib.

Nailiyyətləri

Komanda Spartak Moskva SSRİ çempionu: 1962 SSRİ çempionatının gümüş mükafatçısı: 1963 SSRİ çempionatının bürünc mükafatçısı: 1961 SSRİ Kubokunun qalibi: 1963, 1965

Şəxsi SSRİ-də mövsümün ən yaxşı 33 oyunçusu siyahısında № 3: 1962

Dövlət mükafatları SSRİ idman ustası: 1961

İstinadlar

Xarici keçidlər Valeri Dikarev Klisf.net saytında

Kateqoriya:SSRİ futbolçuları Kateqoriya:SSRİ futbol məşqçiləri Kateqoriya:SSRİ milli futbol komandasının oyunçuları Kateqoriya:Neftçi PFK futbolçuları Kateqoriya:Spartak Moskva FK futbolçuları Kateqoriya:Lokomotiv Moskva FK futbolçuları Kateqoriya:SSRİ futbol hakimləri Kateqoriya:SSRİ Yüksək Liqası futbolçuları