Qalaksidion () — Yunanıstanda dənizkənarı şəhər. Dənizçilik ənənəsi və tarixi ilə tanınır. Dəniz səviyyəsindən 10 metr yüksəklikdə, Korinf körfəzinin şimal sahilində, Qyona dağının ətəyində, Amfisadan 17 kilometr cənubda və Afinadan 125 kilometr şimal-qərbdə yerləşir. Mərkəzi Yunanıstan regional vahidindəki Fokida regional bölməsində Delfi bələdiyyəsinin (dim) bir hissəsidir. 2011-ci il siyahıyaalınmasına görə 2,011 nəfər əhalisi var.
İstinadlar
Kateqoriya:Yunanıstan şəhərləri Kateqoriya:Delfi