Culiya Tersi (; ) — beynəlxalq səviyyəli yarışlarda iştirak edən İtaliya paraüzgüçüsü.
Həyatı Culiya Tersi 14 avqust 1995-ci ildə Milanda anadan olub. Dörd yaşı olarkən ona anadangəlmə skolioz diaqnozu qoyulub. Tersi gənclik illərində gimnastika ilə məşğul olmuşdur. Lakin fiziki qüsuru daha da ağırlaşdığına və sol ayağı ilə əlində problem yarandığına görə paraüzgüçülüyə keçmişdir.
O, çıxdığı ilk beynəlxalq yarışda – 2019-cu ildə Londonda keçirilən paraüzgüçülük üzrə dünya çempionatında üç medal qazanmışdır.
2020-ci il Yay Paralimpiya Oyunlarında qadınlar arasında 4×50 qarışıq sərbəst üzgüçülük üzrə iştirak etmiş və gümüş medal qazanmışdır. Qadınlar arasında 50 metr məsafəyə batterflay üsulu ilə S7 üzgüçülük yarışlarında bürünc medala layiq görülmüşdür.
20 dekabr 2021-ci ildə Romada idman sahəsindəki xidmətlərinə görə İtaliya Milli Olimpiya Komitəsinin qızıl nişanına layiq görülmüşdür.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:2020 Yay Paralimpiya Oyunlarında üzgüçülər Kateqoriya:2020 Yay Paralimpiya Oyunlarında medal qazananlar Kateqoriya:2024 Yay Paralimpiya Oyunlarında medal qazananlar Kateqoriya:İtaliyanın Paralimpiya Oyunları çempionları Kateqoriya:İtaliya üzgüçüləri